Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bəraət alan Bakı sakininin cinayət işi yenidən araşdırılacaq

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Baş Prokurorluğunun binası, arxiv şəkli
Azərbaycan Baş Prokurorluğunun binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Dövlət ittihamçısı bəraət hökmündən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verib.
BAKI, 22 dekabr — Sputnik. Bəzi media və sosial şəbəkə səhifələrində paytaxtın Nəsimi rayonunda Camalov Etibar Feyzəməd oğlunu qəsdən öldürməkdə təqsirləndirilən qardaşı Elçin Camalovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Məlumata görə, martın 18-də birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Etibar Camalov bıçaqla qardaşı Elçin Camalova xəsarət yetirib, daha sonra sonuncu bundan qəzəblənərək qisas almaq niyyəti ilə evdə masanın üzərində olan bıçağı götürüb Etibar Camalovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağla Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb, Elçin Camalova qeyd edilən maddə ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Elçin Camalovun əməli "zəruri müdafiə" kimi qiymətləndirilərək ona bəraət verilib.
Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.
Xəbər lenti
0