Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Belavia"nın təyyarələri Bakıdadır: onlar bura necə gəlib?

© Sputnik Виктор Толочко"Belavia" şirkətinin təyyarəsi, arxiv şəkli
Belavia şirkətinin təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Belarus aviadaşıyıcısının donanmasından çıxan bir neçə təyyarə Bakı Hava limanında "tapılıb".
BAKI, 22 dekabr — Sputnik. Belarusun "Belavia" şirkəti Avropa İttifaqının dekabrın ikisində tətbiq etdiyi sanksiyalara görə donanmasını ixtisar edib. Şirkəti həmçinin "BSP" beynəlxalq hesablaşma sistemindən ayırıblar.
2021-ci ilin yazında Belarus aviadaşıyıcısının donanmasında 29 təyyarə olub. İndi isə onların sayı əhəmiyyətli dərəcədə azalıb.
Hazırda qış mövsümündə planlaşdırılan aviareyslər – həm mütəmadi, həm də çarter reysləri 15 təyyarə vasitəsilə həyata keçirilir.
"Belavia" şirkətinin icraçı direktoru İqor Çerqinets bildirib ki, sanksiyalara görə, şirkət laynerlərin bir hissəsini lizinq şirkətlərinə qaytarıb. Onun sözlərinə görə, yeni təyyarələri bundan sonra Rusiya və Çindən alacaq.

Təyyarələr Belarus qeydiyyatını dəyişir

Bazar ertəsi, dekabrın 20-də məlum olub ki, "Belavia" şirkətinin 2020-ci ildə lizinqlə aldığı üç "Embraer E195-E2" təyyarəsi – lizinq şirkəti olan İrlandiyanın "AerCap" şirkətinə qaytarılıb. Onların qeydiyyatda olduğu ölkə İrlandiyaya dəyişdirilib və təyyarələr saxlanılması üçün Kastelyon – Kosta Azaar (CDT🇪🇸) hava limanına aparılıb.
Belarus şirkətinin donanmasından həmçinin "Boeing 737-800 EW-526PA" təyyarəsi də çıxıb. "OtVinta" teleqram kanalı bildirib ki, təyyarə bir ay İstanbul hava limanının anqarında saxlanılıb və dekabrın 16-da İrlandiyanın "Genesis Aircraft Services" lizinq şirkətinə verilib.
Bolqarıstanda "LZ-GNC" qeydiyyatı aldıqdan sonra təyyarə Pinal Airpark (ABŞ-da təyyarələrin saxlanıldığı ən böyük bazalardan biridir) aparılıb.

Yeddi təyyarə Bakıda tapılıb

"Belavia" şirkətinin donanmasında olan daha 7 "Embraer" təyyarəsi isə Bakı Hava limanındadır (GYD). Onlardan 4-ü "ERJ-175", üçü isə "ERJ-195" təyyarəsidir. Bu məlumatı Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportundan da təsdiqləyiblər.
"Nordic Aviation Capital" lizinq şirkəti "Azərbaycan Hava Yolları" QSC-yə Belarus dövlətinin milli aviadaşıyıcısı olan "Belavia" şirkətinin donanmasına daxil olan Embraer E175/E195 təyyarələrinin saxlanılması və texniki xidmətin göstərilməsi xahişi ilə müraciət edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılan sərnişin laynerlərinə texniki xidmətin geniş imkanları nəzərə alınaraq, bu xahiş təmin edilib", - deyə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Xəbər lenti
0