Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıda yol polisi hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

© Sputnik / Leyla AbdullayevaDYP
DYP - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Sürücülərə enişli-yoxuşlu yollarda diqqətli olmaq, mümkün qədər şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə olunur.
BAKI, 22 dekabr — Sputnik. "Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb".
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O qeyd edib ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdırlar:

"Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaq. Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirməli, yaxın vuran işıqlardan istifadə etməlidirlər".

V.Əsədov bildirib ki, hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir:
"Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olsun, mümkün qədər şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər".
Həmçinin oxuyun:
Sabah qar yağacaq, şaxta olacaq - Meteoroloqlar xəbərdarlıq etdi!
Xəbər lenti
0