https://sputnik.az/20211222/bakida-meshur-restoran-yanib-3-nefer--zeherlenib-437471174.html
Bakıda məşhur restoran yanıb, 3 nəfər zəhərlənib
Bakıda məşhur restoran yanıb, 3 nəfər zəhərlənib
Sputnik Azərbaycan
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T11:57+0400
2021-12-22T11:57+0400
2021-12-22T11:57+0400
bakı
azərbaycan xəbərləri
restoran
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437470398_0:52:851:530_1920x0_80_0_0_f4164821d37a19905f83ef633e6ca4f6.jpg
BAKI, 22 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.FHN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".Qeyd edək ki, son bir ayda Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.KTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.Qeyd olunub ki, müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb."Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırıq. Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir" - məlumatda bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437470398_0:0:707:530_1920x0_80_0_0_ccef0b3427f2d347fecfa245978f1d9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, restoran, yanğın
Bakıda məşhur restoran yanıb, 3 nəfər zəhərlənib
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 22 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
Qeyd edək ki, son bir ayda Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.
KTM-dən
Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb.
Qeyd olunub ki, müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.
"Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırıq. Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir" - məlumatda bildirilib.