https://sputnik.az/20211222/azerbaycan-mudafie-nazirinin-musahibesi-vacib-meqamlar-437469058.html
Azərbaycan Müdafiə nazirinin müsahibəsi: vacib məqamlar
Azərbaycan Müdafiə nazirinin müsahibəsi: vacib məqamlar
Sputnik Azərbaycan
Zakir Həsənov qarşı tərəfin ordusu haqda fikirlərini açıqlayıb, eyni zamanda yazarlara tövsiyə verib. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T19:12+0400
2021-12-22T19:12+0400
2021-12-22T19:17+0400
müdafiə naziri zakir həsənov
müdafiə naziri
hərbi
ermənistan
müsahibə
dəmir
yumruq
azərbaycan
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/41588/38/415883859_0:0:1001:563_1920x0_80_0_0_a47247543fb72f419ab6cd61fd28576d.jpg
BAKI, 22 dekabr - Sputnik. Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.O qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir: "Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir".Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: “Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir".Nazirin szölərinə görə, Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı."Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”, - Z.Həsənov deyib. Onun fikrincə, vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək. Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.Müdafiə nazirindən yazarlara tövsiyə"Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə bu qədər silaha necə sahib ola bilmişdi?" - nazir bildirib.Müdafiə naziri vurğulayıb ki, Ermənistan bu qədər silahı döyüşmək üçün əldə etmişdi və onlar cəbhənin əksər istiqamətlərində ciddi müqavimət göstərirdilər: “Onların böyük silah arsenalı, komanda-müşahidə və idarəetmə məntəqələri, qərargahları var idi. Həmin ərazilərdə salınmış müxtəlif təminat yolları, qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli döyüşün aparılmasına hesablanmışdı. Eyni zamanda ərazidəki strateji yüksəkliklərin təxminən 95 faizi onların nəzarətində idi".Z.Həsənov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən erməni lobbisi və onların havadarları illər boyu böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə keçirilə biləcək döyüş əməliyyatlarında ermənilərin üstünlüyə malik olmasına, oradakı separatçı rejimin, Ermənistan ordusunun və qanunsuz silahlı dəstələrin güclənməsinə, təminatına xərcləmişdi. Məhz bunun müqabilində erməni hərbi birləşmələri yetərincə müqavimət göstərmək imkanına malik idi. Sadəcə Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu, peşəkarlığı, gücü və təchizatı qarşısında düşmən aciz idi."Mən müdafiə naziri kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə tövsiyə edərdim ki, Vətən müharibəsi barədə fikir yürüdəndə, rəy yazanda, münasibət bildirəndə mütləq bu amilləri nəzərə alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir deyə onun gücünü kiçiltmək, həddən ziyadə zəif göstərmək yanlışdır və ordumuzun misilsiz qəhrəmanlığına kölgə salmaqdır”, - nazir əlavə edib.Eləcə də oxuyun:* Zakir Həsənov Kəlbəcər və Laçında yeni texnikanı yoxladı - VİDEO* Gürcüstan və Azərbaycan nazirləri nəyi müzakirə etdilər - VİDEO
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41588/38/415883859_24:0:879:641_1920x0_80_0_0_1e3a57fb18e57bd7d2771b747311608c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan müdafiə nazirinin müsahibəsi vacib məqamlar zakir həsənov ordu ermənistan vətən müharibəsi yazar tövsiyə silah döyüş
azərbaycan müdafiə nazirinin müsahibəsi vacib məqamlar zakir həsənov ordu ermənistan vətən müharibəsi yazar tövsiyə silah döyüş
Azərbaycan Müdafiə nazirinin müsahibəsi: vacib məqamlar
19:12 22.12.2021 (Yenilənib: 19:17 22.12.2021) Zakir Həsənov qarşı tərəfin ordusu haqda fikirlərini açıqlayıb, eyni zamanda yazarlara tövsiyə verib.
BAKI, 22 dekabr - Sputnik. Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
"Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək", - nazir deyib.
O qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir:
"Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir".
Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib:
“Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir".
Nazirin szölərinə görə, Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.
"Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”, - Z.Həsənov deyib.
Onun fikrincə, vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək. Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.
"Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.
Müdafiə nazirindən yazarlara tövsiyə
"Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə bu qədər silaha necə sahib ola bilmişdi?" - nazir bildirib.
Müdafiə naziri vurğulayıb ki, Ermənistan bu qədər silahı döyüşmək üçün əldə etmişdi və onlar cəbhənin əksər istiqamətlərində ciddi müqavimət göstərirdilər:
“Onların böyük silah arsenalı, komanda-müşahidə və idarəetmə məntəqələri, qərargahları var idi. Həmin ərazilərdə salınmış müxtəlif təminat yolları, qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli döyüşün aparılmasına hesablanmışdı. Eyni zamanda ərazidəki strateji yüksəkliklərin təxminən 95 faizi onların nəzarətində idi".
Z.Həsənov qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən erməni lobbisi və onların havadarları illər boyu böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə keçirilə biləcək döyüş əməliyyatlarında ermənilərin üstünlüyə malik olmasına, oradakı separatçı rejimin, Ermənistan ordusunun və qanunsuz silahlı dəstələrin güclənməsinə, təminatına xərcləmişdi.
Məhz bunun müqabilində erməni hərbi birləşmələri yetərincə müqavimət göstərmək imkanına malik idi. Sadəcə Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu, peşəkarlığı, gücü və təchizatı qarşısında düşmən aciz idi.
"Mən müdafiə naziri kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə tövsiyə edərdim ki, Vətən müharibəsi barədə fikir yürüdəndə, rəy yazanda, münasibət bildirəndə mütləq bu amilləri nəzərə alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir deyə onun gücünü kiçiltmək, həddən ziyadə zəif göstərmək yanlışdır və ordumuzun misilsiz qəhrəmanlığına kölgə salmaqdır”, - nazir əlavə edib.