Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb

© Sputnik / Murad OrujovTəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Tural Məmmədov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.
BAKI, 22 dekabr — Sputnik. Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Tural Məmmədov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər lenti
0