https://sputnik.az/20211221/scilerin-minimum-emekhaqqi-300-manatdan-asagi-ola-bilmez-437460300.html
İşçilərin minimum əməkhaqqı 300 manatdan aşağı ola bilməz
İşçilərin minimum əməkhaqqı 300 manatdan aşağı ola bilməz
Sputnik Azərbaycan
İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verən vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə ediləcəklər.
2021-12-21T23:30+0400
2021-12-21T23:30+0400
2021-12-21T23:30+0400
manat
iqtisadiyyat
inzibati xətalar məcəlləsi
dövlət əmək müfəttişliyi xidməti
aylıq minimum əməkhaqqı
minimum əmək haqqı
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216769_0:0:3073:1728_1920x0_80_0_0_9efb0493ee80a1da2f9adbb0318bbc7e.jpg
BAKI, 21 dekabr — Sputnik. Dövlət başçısının Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.Xidmətdən Sputnik Azərbaycan-a bildiriblər ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin "Əmək müqaviləsi bildirişi" altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.Nazirliyin "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir. Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216769_0:0:2731:2048_1920x0_80_0_0_ff2707dd84bd64c6f1e9de00b919253e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işçiyə 300 manatdan az maaş verənləri cərimələyəcəklər
işçiyə 300 manatdan az maaş verənləri cərimələyəcəklər
İşçilərin minimum əməkhaqqı 300 manatdan aşağı ola bilməz
İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək cərimə edilməsi nəzərdə tutulur.
BAKI, 21 dekabr — Sputnik. Dövlət başçısının Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Xidmətdən Sputnik Azərbaycan-a bildiriblər ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin "Əmək müqaviləsi bildirişi" altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.
Nazirliyin "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.
Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.