https://sputnik.az/20211221/rusiyada-cin-ile-ittifaq-sayesinde-dunyada-guc-balansinin-deyismesini-proqnozlasdirdilar-437447901.html
Rusiyada Çin ilə ittifaq sayəsində dünyada güc balansının dəyişməsini proqnozlaşdırdılar
Rusiyada Çin ilə ittifaq sayəsində dünyada güc balansının dəyişməsini proqnozlaşdırdılar
Sputnik Azərbaycan
ÇXR-in Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərini dəstəkləməsi güc balansını dəyişəcək.
2021-12-21T23:07+0400
2021-12-21T23:07+0400
2021-12-21T23:07+0400
rusiya
rusiya
abş
çin
nato
anatoli antonov
https://cdnn1.img.sputnik.az/img/41097/96/410979685_0:0:3527:1984_1920x0_80_0_0_8a46928feb51afef1ee8698a9669c8d0.jpg
BAKI, 21 dekabr — Sputnik. Çin hakimiyyətinin təhlükəsizlik zəmanətləri müqaviləsi ilə bağlı Rusiyaya söz verdiyi dəstək dünyada güc balansını dəyişə bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri ilə bağlı danışıqlarda qeyd edib."Düşünürəm ki, Çinin rəyi çox önəmlidir. Ona həm Vaşinqtonda, həm də NATO ölkələrində nəzər yetirirlər", - deyə Qavrilov vurğulayıb. O əmindir ki, belə bir ittifaq sayəsində danışıqlar zamanı Moskvanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərinə cavab olaraq sərt açıqlamalar yumşaldılacaq.Bu yaxınlarda Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təklifi ölkələr arasında qarşılıqlı etimadı artıracaq və münaqişə riskini azaldacaq.Dekabrın 18-də Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov beynəlxalq siyasi vəziyyətin Rusiya və Çini strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə sövq etdiyi barədə fikir bildirib. Bununla yanaşı, diplomat onu da qeyd edib ki, ABŞ və onun NATO müttəfiqlərindən fərqli olaraq, Rusiya və Çin hər hansı bir suveren dövlətə qarşı münasibətdə heç bir geosiyasi plan və məqsəd güdmür.Həmçinin oxuyun:Lavrov: Əgər NATO Rusiya sərhədlərinə doğru irəliləməyə davam etsə...Putin: Dünyada hərbi vəziyyət ağırdır, Rusiya süni intellekti inkişaf etdirməlidir
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/96/410979685_485:0:3173:2016_1920x0_80_0_0_8233422d7b71105530f1732b8aebb899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya və çin nato-ya qarşı qüvvələrini birləşdirirlər
rusiya və çin nato-ya qarşı qüvvələrini birləşdirirlər
Rusiyada Çin ilə ittifaq sayəsində dünyada güc balansının dəyişməsini proqnozlaşdırdılar
Konstantin Qavrilov deyib ki, ÇXR-in Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərini dəstəkləməsi güc balansını dəyişəcək.
BAKI, 21 dekabr — Sputnik. Çin hakimiyyətinin təhlükəsizlik zəmanətləri müqaviləsi ilə bağlı Rusiyaya söz verdiyi dəstək dünyada güc balansını dəyişə bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri ilə bağlı danışıqlarda qeyd edib.
"Düşünürəm ki, Çinin rəyi çox önəmlidir. Ona həm Vaşinqtonda, həm də NATO ölkələrində nəzər yetirirlər", - deyə Qavrilov vurğulayıb. O əmindir ki, belə bir ittifaq sayəsində danışıqlar zamanı Moskvanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərinə cavab olaraq sərt açıqlamalar yumşaldılacaq.
Bu yaxınlarda Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təklifi ölkələr arasında qarşılıqlı etimadı artıracaq və münaqişə riskini azaldacaq.
Dekabrın 18-də Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov beynəlxalq siyasi vəziyyətin Rusiya və Çini strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə sövq etdiyi barədə fikir bildirib. Bununla yanaşı, diplomat onu da qeyd edib ki, ABŞ və onun NATO müttəfiqlərindən fərqli olaraq, Rusiya və Çin hər hansı bir suveren dövlətə qarşı münasibətdə heç bir geosiyasi plan və məqsəd güdmür.