https://sputnik.az/20211221/rusiya-ve-turkiye-suriyadaki-veziyyeti-muzakire-edib-437444649.html
Rusiya və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edib
Rusiya və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edib
Sputnik Azərbaycan
Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, tərəflər bu ölkədə vəziyyətin sabitləşməsində... 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T15:33+0400
2021-12-21T15:33+0400
2021-12-21T15:33+0400
rusiya
dünya xəbərləri
müzakirə
türkiyə
suriya
vəziyyət
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_0:54:1920:1134_1920x0_80_0_0_35622842acd6c6edca8f7a31d75da48d.jpg
BAKI, 21 dekabr — Sputnik. Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astana formatında keçirilən danışıqlarda Türkiyə tərəfinə Suriyanın ərazi bütövlüyü məsələsinin həllinin vacibliyini vurğulayıb.Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Lavrentyevin sözlərinə görə, tərəflər Suriyada vəziyyətin sabitləşməsində maraqlıdır, məhz buna görə də "Astana prosesi"ndə iştirak edən nəhəng dövlətlər (İran, RF, Türkiyə) Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqlikdən danışırlar."Ancaq gördüyümüz kimi, çətinliklər mövcuddur və onları həll etmək lazımdır", – deyə Levrentyev Türkiyə nümayəndə heyəti ilə görüşdə bildirib.Qeyd edək ki, Levrentyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti artıq Suriya və İranın hökumət nümayəndələri ilə görüşüb.İran nümayəndə heyətinin rəhbəri Əli Əsgər Hacı Lavrentyevlə danışıqlardan sonra Suriyada hadisələrin inkişafı ilə bağlı Moskva və Tehranın mövqelərinin yaxınlığı barədə jurnalistlərə açıqlama verib.Xatırladaq ki, dekabrın 21-də Nur-Sultanda Suriya nizamlanmasına dair "Astana formatı" çərçivəsində danışıqlar start götürüb. İki gün davam edəcək məsləhətləşmələrdə qarant ölkələrin – İran, Rusiya və Türkiyənin nümayəndə heyəti, eləcə də Suriya hökuməti, Suriya hərbi müxalifəti və BMT-nin nümayəndələri iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42344/11/423441116_308:0:1920:1209_1920x0_80_0_0_9e3abb3a05e0bb659a591e3ef8bf5095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, müzakirə, türkiyə, suriya, vəziyyət
rusiya, müzakirə, türkiyə, suriya, vəziyyət
Rusiya və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edib
Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, tərəflər bu ölkədə vəziyyətin sabitləşməsində maraqlıdır.
BAKI, 21 dekabr — Sputnik. Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Astana formatında keçirilən danışıqlarda Türkiyə tərəfinə Suriyanın ərazi bütövlüyü məsələsinin həllinin vacibliyini vurğulayıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Lavrentyevin sözlərinə görə, tərəflər Suriyada vəziyyətin sabitləşməsində maraqlıdır, məhz buna görə də "Astana prosesi"ndə iştirak edən nəhəng dövlətlər (İran, RF, Türkiyə) Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqlikdən danışırlar.
"Ancaq gördüyümüz kimi, çətinliklər mövcuddur və onları həll etmək lazımdır", – deyə Levrentyev Türkiyə nümayəndə heyəti ilə görüşdə bildirib.
Qeyd edək ki, Levrentyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti artıq Suriya və İranın hökumət nümayəndələri ilə görüşüb.
İran nümayəndə heyətinin rəhbəri Əli Əsgər Hacı Lavrentyevlə danışıqlardan sonra Suriyada hadisələrin inkişafı ilə bağlı Moskva və Tehranın mövqelərinin yaxınlığı barədə jurnalistlərə açıqlama verib.
Xatırladaq ki, dekabrın 21-də Nur-Sultanda Suriya nizamlanmasına dair "Astana formatı" çərçivəsində danışıqlar start götürüb. İki gün davam edəcək məsləhətləşmələrdə qarant ölkələrin – İran, Rusiya və Türkiyənin nümayəndə heyəti, eləcə də Suriya hökuməti, Suriya hərbi müxalifəti və BMT-nin nümayəndələri iştirak edirlər.