https://sputnik.az/20211221/instagram-da-ne-qeder-azerbaycanli-var-437428531.html
Instagram-da nə qədər azərbaycanlı var?
Instagram-da nə qədər azərbaycanlı var?
Sputnik Azərbaycan
Azərbaycanda Instagram istifadəçilərinin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarətdir. 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T06:34+0400
2021-12-21T06:34+0400
2021-12-21T06:34+0400
cəmiyyət
sosial şəbəkə
twitter
instagram
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741078_0:178:3089:1915_1920x0_80_0_0_1044ef85781c856eed3f91e2674bb12d.jpg
BAKI, 21 dekabr — Sputnik. Bu ilin noyabr ayında Azərbaycanda Instagram sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.Sputnik Azərbaycan-ın "APA-Economics"-ə istinadən məlumatına görə, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv İnstaqram istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411400 nəfərlə liderlik edir.Qeyd edək ki, hazırda dünya üzrə aktiv Instagram istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.Xatırladaq ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708400 nəfər artıb.Azərbaycanlıların neçə faizi sosial şəbəkədən istifadə edir"We are social" platformasının bu ilin aprelində yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:"Whatsapp" 92,2%;"Facebook" 87,9%;"Instagram" 76,4%;"Telegram" 60,3%;"Twitter" 23,3%;"TikTok" 18,6%;"LinkedIn" 12,7%;"VKontakte" 5,8%;"Odnoklassniki" 4,8%.İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.Sorğu iştirakçılarının 58,1%-nin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.Həmçinin oxuyun:Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741078_117:0:2846:2047_1920x0_80_0_0_401a14e80eccb0a64a9924a9a0274543.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
instagram-dan nə qədər azərbaycanlı istifadə edir?
instagram-dan nə qədər azərbaycanlı istifadə edir?
Instagram-da nə qədər azərbaycanlı var?
Azərbaycanda Instagram istifadəçilərinin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarətdir.
BAKI, 21 dekabr — Sputnik. Bu ilin noyabr ayında Azərbaycanda Instagram sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.
Sputnik Azərbaycan-ın "APA-Economics"-ə istinadən məlumatına görə, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv İnstaqram istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.
İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411400 nəfərlə liderlik edir.
Qeyd edək ki, hazırda dünya üzrə aktiv Instagram istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.
Xatırladaq ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708400 nəfər artıb.
Azərbaycanlıların neçə faizi sosial şəbəkədən istifadə edir
"We are social" platformasının bu ilin aprelində yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.
İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.
Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:
İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.
Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.
Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.
Sorğu iştirakçılarının 58,1%-nin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.