Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada möhtəşəm uğuru - FOTO

© AR Ministry of EducationBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2021
Abunə olmaq
Birləşmiş Ərəb Əmirliklərində 59 ölkədən 354 şagirdin iştirak etdiyi beynəlxalq olimpiada keçirilib.
BAKI, 21 dekabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (2020-2021) keçirilib. Olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, olimpiada MCQ (test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub. Test və nəzəriyyə mərhələləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, laboratoriya mərhələsi isə Azərbaycan-Fransız Universitetində onlayn formatda baş tutub. 59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurlu nəticə əldə ediblər.
Komandamız 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nigar Yaqublu gümüş medala, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Dərya Namazova, Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sara Əhmədzadə və akademik Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Daniil Yarkovoy isə bürünc medala layiq görülüblər.
Xəbər lenti
0