CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək naziri Anton Kotyakovla nə danışıb?

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Anton Kotyakov ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib.
BAKI, 20 dekabr — Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə rusiyalı həmkarı Anton Kotyakov arasında videoformatda görüş olub.
Sputnik Azərbaycan xəbər verir ki, S.Babayev Azərbaycan ilə Rusiya arasında münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
O, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğunu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.
A.Kotyakov ikitərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə iki nazirlik arasında ötən dövrdə həyata keçirilmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin cari ilin yanvarın 21-də imzaladığı sərəncama əsasən, Anton Kotyakov Əmək və Sosial Müdafiə naziri təyin edilib.
Rusiyanın Əmək Nazirliyi quruma daxil olan bütün təşəbbüsləri nəzərdən keçirir və bu, dörd günlük iş həftəsi ideyasına da aiddir. Bunu nazirliyin rəhbəri Anton Kotyakov deyib.
"Sosial tərəfdaşlardan daxil olan istənilən təklif hər zaman (nazirlikdə - red.qeydi) müzakirə olunur. Əgər belə bir təklif səsləndirilərsə, biz onu müzakirə edəcəyik. Əgər sosial tərəfdaş hansısa təşəbbüslə çıxış edirsə, biz ona laqeyd qala bilmərik", - deyə nazir bildirib.
Təklifin özünü şərh etmək istəməyən nazir bildirib ki, ideyanı nəzərdən keçirməyə hazırlıq barədə sözləri potensial razılıq kimi qiymətləndirmək lazım deyil.
Xəbər lenti
0