Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabaha hava yağmurlu olacaq

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
BAKI, 20 dekabr — Sputnik. Dekabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Xəbər lenti
0