https://sputnik.az/20211220/mezun-evvelki-illerle-muqayisede-internat-usaqlari-daha-az-incidilir-437421744.html
Məzun: əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir
Məzun: əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir
Sputnik Azərbaycan
Hansısa bir iş yerinə gedib "internatı bitirmişəm, qalmağa yerim yoxdur" dedikdə, "yox, sizə iş verə bilmərik" deyirlər - İnternat məzunu.
2021-12-20T20:45+0400
2021-12-20T20:45+0400
2021-12-20T20:45+0400
uşaq
cəmiyyət
ev
məzun
internat
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_684:589:2524:1624_1920x0_80_0_0_4873b60121bd34f6b542945c7aea5495.jpg
BAKI, 20 dekabr — Sputnik. 44 günlük Vətən müharibəsi ailələrimizdə nə qədər böyük qəhrəmanların yetişdirildiyini göstərdi. Bu qəhrəmanlar arasında internat və uşaq evini bitirənlər də var. Onlar II Qarabağ müharibəsindəki qəhrəmanlıqları, şücaətləri ilə adlarını dillər əzbərinə çevirdi. Maştağa qəsəbəsindəki 1 №-li internat məktəbinin Vətən müharibəsində iştirak edən məzunlarından biri Elçin Əhmədov qısa müddət ərzində nəinki böyüklərin, eləcə də azyaşlıların qəhrəmanına çevrildi.Lakin internat və uşaq evlərinin adının xoş olmayan xəbərlərdə, hadisələrdə hallanması problemlərin də olduğunu deməyə əsas verir. Bir neçə gün öncə 282 nömərli orta məktəbdə baş verən hadisə, şagirdlərdən birinin yaşıdları və müəllimlərlə kobud rəftarı, söyüş söyməsi, müəllimlərdən birinə xəsarət yetirməsi də buna bariz nümunədir.Sputnik Azərbaycan internat və uşaq evlərindəki əsas problemlərin nədən ibarət olmasına aydınlıq gətirməyə çalışıb.Pandemiya dövrünədək bitirdiyi internat evinə tez-tez baş çəkən E.Əhmədov oradakı uşaqlarla görüşüb onlarla həmsöhbət olub. O, bizə hazırda internat evlərində olan mövcud problemlərdən söz açıb. Onun sözlərinə görə, internatı, uşaq evlərini bitirənlər də cəmiyyətə tanıdılmalıdır, onların arasından necə doğru-dürüst insanların çıxdığını hər kəs bilməlidir:İnternat məzunu deyir ki, bu uşaqların ətraf aləmlə, cəmiyyətlə bağının qurulması üçün tez-tez müxtəlif şəxslərin onlarla görüşləri təşkil olunmalıdır:"Bizim vaxtımızda müxtəlif universitetlərdən tələbələr gəlirdi, onlar bizimlə maraqlı söhbətlər aparırdı və biz demək olar ki, özümüzü cəmiyyətə inteqrasiya olunmuş sayırdıq. İş adamları da gəlib bizimlə müxtəlif mövzularda həmsöhbət olurdular. Təhsilimiz zəif olsa da, bu şəxslərlə söhbətdə təhsilin önəmini daha çox anlayırdıq. İnternat uşaqları üçün əsas məsələ cəmiyyətə inteqrasiya olunmaqdır. Lakin qeyd edim ki, ümumiyyətlə, bir neçə ildir ki, pandemiyadan öncə də bu görüşlər təşkil olunmurdu. Çünki arada məzun olaraq özümüz də həmin məktəbə baş çəkirik, bu uşaqlarla həmsöhbət oluruq".Məzun hazırda bu müəssisələrdə şəraitin o dövrlə müqayisədə daha yaxşı olduğunu bildirib.E.Əhmədov bu şəxslərin cinayətə meyilli olub-olmamasından danışır, deyir ki, onlar internatı tərk etdikdən sonra da müxətlif çətinliklər, əziyyətlə qarşılaşırlar:O bildirir ki, indiki dövrdə nəzarət ciddidir deyə, müəllimlər uşaqlarla xoş rəftar etmək məcburiyyətindədirlər. Lakin müxtəlif problemlər var:"Təəssüflər olsun ki, internatlarda peşəyönümlü sahələr yoxdur. Hansısa peşə öyrədilmir. Bu uşaqların ali təhsil alması məsələsinin üstünə çox düşmürlər, hazırlıqlarına diqqət etmirlər. Bu səbəbdən də internatı bitirərək ali məktəbə daxil olanların sayı çox azdır".Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüflər olsun ki, son zamanlar internat tipli ümumtəhsil məktəbləri haqda xoş olmayan fikirlər səsləndirilir:"Bu gün Azərbaycanda mövcud internatların vəziyyəti, maddi-texniki bazası o qədər də ürəkaçan deyil. Ümumtəhsil məktəblərindən fərqli olaraq internat məktəblərinin kateqoriyaları var, ümumi, xüsusi və sanatoriya tipli təhsil müəssisələri var".Ekspertin sözlərinə görə, xüsusi ümumtəhsil internat məktəbləri və sanatoriya tipli internat məktəblərində çətinliklər müşahidə olunur:"Bunun da səbəbi həmin müəssisələrə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməməsi ilə bağlıdır. Orada təkcə şagirdlərə bilik verilmir, fiziki sağlamlıqları ilə bağlı fərdi işlər də həyata keçirilir. Problem ondan ibarətdir ki, hazırda həmin təhsil müəssisələrində çalışanların yaşı çoxdur. Onlar müasir kurrikulumu bilmir, oradakı uşaqlar səhhətləri ilə bağlı olaraq daha müalicə alırlar".K.Əsədov bildirir ki, belə məktəblər arasında yaxşı nəticələri olan görmə məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulan 5 saylı internat məktəbi isə ümumilikdə respublikanın digər məktəbləri ilə müqayisədə də yüksək nəticəyə malikdir:Müəllimlərə gəldikdə isə K.Əsədov bildirir ki, bu cür müəssisələrdə müəllimlər daha çox ilkin bilikləri verirlər:"Yəni, onlar tərəfindən digər bacarıqlar formalaşdırılmır. Müəllimlərin işə qəbulu məsələsinə gəldikdə isə bu müəllimlərin işə qəbulu ümumi qaydada, mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yəni, heç də bütün müəllimlər bu müəssisələrdə işə qəbul edilmirlər. Çünki bu işdə psixoloji hazırlıq, dayanıqlılıq önəmlidir. Cari ildə Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq internat tipli məktəblərdə fənn müəllimlərinin də qəbulu həyata keçirilməyə başladı. Bu, təbii ki, Azərbaycan təhsili üçün inqilabi hadisə idi. Bundan başqa, bu müəllimlərin dərs saatına görə əməkhaqı iki dəfə yüksək olsa da, təhsilin keyfiyyətli olmadığını etiraf etməliyik. Artıq cari ildən etibarən bu müəllimlər də müəllimlərin işə qəbulu prosesində iştirak edirdilər.Ekspert bildirir ki, hazırda universitetlər bu cür şəxslərlə eyni vaxtda işləyə biləcək kadrlar yetişdirmirlər:Dövlət Statistika Komitəsinin cari ilin yanvarı 1-nə olan məlumatına görə, internat müəssisələrində valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sayı ötən illə müqayisədə azalaraq 771 olub. Belə ki, 2019-cu ildə bu rəqəm 862, ötən ilin əvvəlində isə 849 nəfər olub. Lakin 2016-cı illə müqayisədə bu rəqəmlər artıb. Belə ki, 2016-cı ildə bu cür uşaqların sayı 602 olub.Ümumilikdə ölkədə körpələr evinin sayı 4, uşaq evlərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı 2, ümumtəhsil internat məktəblərinin sayı 25-dir.Həmçinin oxuyun:Uşaqlarını tək böyüdən qadınlar üçün sosial müəssisə yaradılacaqŞamaxıda körpələr evi, orta məktəb və Yaradıcılıq Mərkəzi istifadəyə verilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_738:603:2440:1879_1920x0_80_0_0_c6ee1f1f144106184bf7a40f7ea9d899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məzun: əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir
məzun: əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir
Məzun: əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir
Hansısa bir iş yerinə gedib "internatı bitirmişəm, qalmağa yerim yoxdur" dedikdə, "yox, sizə iş verə bilmərik" deyirlər - İnternat məzunu.
BAKI, 20 dekabr — Sputnik. 44 günlük Vətən müharibəsi ailələrimizdə nə qədər böyük qəhrəmanların yetişdirildiyini göstərdi. Bu qəhrəmanlar arasında internat və uşaq evini bitirənlər də var. Onlar II Qarabağ müharibəsindəki qəhrəmanlıqları, şücaətləri ilə adlarını dillər əzbərinə çevirdi. Maştağa qəsəbəsindəki 1 №-li internat məktəbinin Vətən müharibəsində iştirak edən məzunlarından biri Elçin Əhmədov qısa müddət ərzində nəinki böyüklərin, eləcə də azyaşlıların qəhrəmanına çevrildi.
Lakin internat və uşaq evlərinin adının xoş olmayan xəbərlərdə, hadisələrdə hallanması problemlərin də olduğunu deməyə əsas verir. Bir neçə gün öncə 282 nömərli orta məktəbdə baş verən hadisə, şagirdlərdən birinin yaşıdları və müəllimlərlə kobud rəftarı, söyüş söyməsi, müəllimlərdən birinə xəsarət yetirməsi də buna bariz nümunədir.
Sputnik Azərbaycan internat və uşaq evlərindəki əsas problemlərin nədən ibarət olmasına aydınlıq gətirməyə çalışıb.
Pandemiya dövrünədək bitirdiyi internat evinə tez-tez baş çəkən E.Əhmədov oradakı uşaqlarla görüşüb onlarla həmsöhbət olub. O, bizə hazırda internat evlərində olan mövcud problemlərdən söz açıb. Onun sözlərinə görə, internatı, uşaq evlərini bitirənlər də cəmiyyətə tanıdılmalıdır, onların arasından necə doğru-dürüst insanların çıxdığını hər kəs bilməlidir:
"Bu şəxslərin hamısı "sonradan cinayətkar olur" demək düzgün deyil. 2005-ci ildə internatı tərk etmişəm. Bizim dövrdə internatda şərait çox çətin idi. İncidənlər də, döyənlər də olurdu. Yəni, bu kimi bir çox problemlərlə qarşılaşırdıq. Bundan başqa, istilik sistemi, qida ilə bağlı problemlərimiz, çətinliklərimiz olurdu. Lakin son dövrlər görülən işlərə görə, düşünürəm ki, əvvəlki illərlə müqayisədə internat uşaqları daha az incidilir".
İnternat məzunu deyir ki, bu uşaqların ətraf aləmlə, cəmiyyətlə bağının qurulması üçün tez-tez müxtəlif şəxslərin onlarla görüşləri təşkil olunmalıdır:
"Bizim vaxtımızda müxtəlif universitetlərdən tələbələr gəlirdi, onlar bizimlə maraqlı söhbətlər aparırdı və biz demək olar ki, özümüzü cəmiyyətə inteqrasiya olunmuş sayırdıq. İş adamları da gəlib bizimlə müxtəlif mövzularda həmsöhbət olurdular. Təhsilimiz zəif olsa da, bu şəxslərlə söhbətdə təhsilin önəmini daha çox anlayırdıq. İnternat uşaqları üçün əsas məsələ cəmiyyətə inteqrasiya olunmaqdır. Lakin qeyd edim ki, ümumiyyətlə, bir neçə ildir ki, pandemiyadan öncə də bu görüşlər təşkil olunmurdu. Çünki arada məzun olaraq özümüz də həmin məktəbə baş çəkirik, bu uşaqlarla həmsöhbət oluruq".
Məzun hazırda bu müəssisələrdə şəraitin o dövrlə müqayisədə daha yaxşı olduğunu bildirib.
E.Əhmədov bu şəxslərin cinayətə meyilli olub-olmamasından danışır, deyir ki, onlar internatı tərk etdikdən sonra da müxətlif çətinliklər, əziyyətlə qarşılaşırlar:
"Ola bilər ki, belə on nəfərdən 2-3-ü hansısa bir cinayət törətsin. Lakin qeyd edim ki, internat uşaqları arasında cinayət törədənlər çox azdır. Baxın, olur ki, normal ailələrdə də bir övladı yaxşı olur, digəri yox. Ancaq internat uşaqları arasında birini nümunə göstərib hamısını cinayətkar, pis adlandırmaq düzgün deyil. Bu şəxslər internatı tərk etdikdən sonra iş tapmaqda çox çətinliklər yaşayırlar. Hansısa bir iş yerinə gedib "internatı bitirmişəm, qalmağa yerim yoxdur" dedikdə, "yox, sizə iş verə bilmərik" deyirlər. Bu uşaqların işlə təmin olunması ilə bağlı demək olar ki, heç bir proqram yoxdur".
O bildirir ki, indiki dövrdə nəzarət ciddidir deyə, müəllimlər uşaqlarla xoş rəftar etmək məcburiyyətindədirlər. Lakin müxtəlif problemlər var:
"Təəssüflər olsun ki, internatlarda peşəyönümlü sahələr yoxdur. Hansısa peşə öyrədilmir. Bu uşaqların ali təhsil alması məsələsinin üstünə çox düşmürlər, hazırlıqlarına diqqət etmirlər. Bu səbəbdən də internatı bitirərək ali məktəbə daxil olanların sayı çox azdır".
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüflər olsun ki, son zamanlar internat tipli ümumtəhsil məktəbləri haqda xoş olmayan fikirlər səsləndirilir:
"Bu gün Azərbaycanda mövcud internatların vəziyyəti, maddi-texniki bazası o qədər də ürəkaçan deyil. Ümumtəhsil məktəblərindən fərqli olaraq internat məktəblərinin kateqoriyaları var, ümumi, xüsusi və sanatoriya tipli təhsil müəssisələri var".
Ekspertin sözlərinə görə, xüsusi ümumtəhsil internat məktəbləri və sanatoriya tipli internat məktəblərində çətinliklər müşahidə olunur:
"Bunun da səbəbi həmin müəssisələrə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməməsi ilə bağlıdır. Orada təkcə şagirdlərə bilik verilmir, fiziki sağlamlıqları ilə bağlı fərdi işlər də həyata keçirilir. Problem ondan ibarətdir ki, hazırda həmin təhsil müəssisələrində çalışanların yaşı çoxdur. Onlar müasir kurrikulumu bilmir, oradakı uşaqlar səhhətləri ilə bağlı olaraq daha müalicə alırlar".
K.Əsədov bildirir ki, belə məktəblər arasında yaxşı nəticələri olan görmə məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulan 5 saylı internat məktəbi isə ümumilikdə respublikanın digər məktəbləri ilə müqayisədə də yüksək nəticəyə malikdir:
"Lakin bu göstəricini bütün digər məktəblərə şamil edə bilmirik. Psixoloji problemi olanlarla tərbiyədə lazımi addımlar atıla bilmir. Çünki bu müəssisələrdə daha çox onların müalicəsi ilə məşğul olunur. Bir sözlə, internatlarla bağlı mövcud vəziyyət hazırda qaneedici deyil".
Müəllimlərə gəldikdə isə K.Əsədov bildirir ki, bu cür müəssisələrdə müəllimlər daha çox ilkin bilikləri verirlər:
"Yəni, onlar tərəfindən digər bacarıqlar formalaşdırılmır. Müəllimlərin işə qəbulu məsələsinə gəldikdə isə bu müəllimlərin işə qəbulu ümumi qaydada, mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yəni, heç də bütün müəllimlər bu müəssisələrdə işə qəbul edilmirlər. Çünki bu işdə psixoloji hazırlıq, dayanıqlılıq önəmlidir. Cari ildə Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq internat tipli məktəblərdə fənn müəllimlərinin də qəbulu həyata keçirilməyə başladı. Bu, təbii ki, Azərbaycan təhsili üçün inqilabi hadisə idi. Bundan başqa, bu müəllimlərin dərs saatına görə əməkhaqı iki dəfə yüksək olsa da, təhsilin keyfiyyətli olmadığını etiraf etməliyik. Artıq cari ildən etibarən bu müəllimlər də müəllimlərin işə qəbulu prosesində iştirak edirdilər.
Ekspert bildirir ki, hazırda universitetlər bu cür şəxslərlə eyni vaxtda işləyə biləcək kadrlar yetişdirmirlər:
"Baxın, dünyada Makarenkonun sistemi - çətin idarə olunan uşaqlarla işləmək üçün təlim var, bəs bizdə necə, bu varmı? Yox. Psixoloji yanaşma, metodika tamamilə fərqlidir. Keyfiyyət də çox ciddi məsələdir. Türkiyə təcrübəsindən yararlanmaq lazımdır. Ümumiyyətlə, bu müəssisələr bütün regionlarda olmalıdır. Bundan başqa, həmin uşaqlar üçün ayrıca dərsliklər hazırlanmalıdır".
Dövlət Statistika Komitəsinin cari ilin yanvarı 1-nə olan məlumatına görə, internat müəssisələrində valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sayı ötən illə müqayisədə azalaraq 771 olub. Belə ki, 2019-cu ildə bu rəqəm 862, ötən ilin əvvəlində isə 849 nəfər olub. Lakin 2016-cı illə müqayisədə bu rəqəmlər artıb. Belə ki, 2016-cı ildə bu cür uşaqların sayı 602 olub.
Ümumilikdə ölkədə körpələr evinin sayı 4, uşaq evlərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı 2, ümumtəhsil internat məktəblərinin sayı 25-dir.