Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Məşhur cütlükdən xəbər var - Şəhriyarla Oksana toya hazırlaşır?

© Photo : Instagram / oksana_rasulovaŞəhriyar Əbilov və Oksana Rəsulova, arxiv şəkli
Şəhriyar Əbilov və Oksana Rəsulova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Xatırladaq ki, Şəhriyar bir müddət öncə Oksananın oğlu Osmanın öz oğlu olduğunu etiraf edib. Onun bu açıqlaması sözün əsl mənasında hər kəsi təəccübləndirmişdi.
BAKI, 17 dekabr — Sputnik. Son zamanlar şou-biznesdə ən çox gündəm olan Şəhriyar Əbilovla ilə Oksana Rəsulovadan xəbər var. Sputnik Azərbaycan xəbər verir ki, ATV kanalında yayımlanan "Zaurla Günaydın" proqramında Oksana toyla bağlı suallara "Fikirləşdik ki, bir ilə yaxın müddətdə Osmana kiçik toy edəcəyik. Bütün dostlarımızı ora yığaq" cavabını verib.
Şəhriyar isə "Fikrimizdə toy etmək yoxdur. Ola bilsin, kiçik qonaqlıq verək, yaxınları yığaq. Ola bilsin də ki, oğlumuzun kiçik toyunda yığışaq. Görək. Əsas ayrılıqlar az olsun. Uşaq ana və atanı ayrı görəndə pis olur. Biz bir-birimizi başa düşürük" reaksiyasını verib.
Bundan sənətçi aktyor-aparıcı Şəhriyar Əbilovla evliliklərindən danışıb:

"Təəssüf edirik ki, əvvəldən evlənmədik, bir-birimizə o gözlə baxmadıq. İndi 12-15 yaşında uşağımız var idi. Allah belə qismət etdi. Mənim və Şəhriyarın bu yaşda valideyn olmağımız nəsib imiş".

Xatırladaq ki, Şəhriyar bir müddət öncə Oksananın oğlu Osmanın öz oğlu olduğunu etiraf edib. Onun bu açıqlaması sözün əsl mənasında hər kəsi təəccübləndirmişdi.
Xəbər lenti
0