https://sputnik.az/20211220/deputatlar-daha-bir-qanunu-legv-etdiler-437399647.html
Deputatlar bir qanunu ləğv, digərini III oxunuşda qəbul etdilər
Deputatlar bir qanunu ləğv, digərini III oxunuşda qəbul etdilər
Sputnik Azərbaycan
"15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün... 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T12:15+0400
2021-12-20T12:15+0400
2021-12-20T12:28+0400
milli məclis
azərbaycan xəbərləri
qanun
deputat
layihə
elektron
yaş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_0:0:2001:1125_1920x0_80_0_0_b34e8b55192629ebc6248faab00b2963.jpg
BAKI, 20 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək.Digər bir dəyişiliklə həmin vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.Qeyd edək ki, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_104:0:1881:1333_1920x0_80_0_0_11fb05e8adbbe48b17d68d8dea87291a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli məclis, qanun, deputat, layihə, elektron, yaş, azərbaycan
milli məclis, qanun, deputat, layihə, elektron, yaş, azərbaycan
Deputatlar bir qanunu ləğv, digərini III oxunuşda qəbul etdilər
12:15 20.12.2021 (Yenilənib: 12:28 20.12.2021) "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
BAKI, 20 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək.
Digər bir dəyişiliklə həmin vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Qeyd edək ki, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.