DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çilinin yeni prezidenti 36 yaşlı gənc olacaq

© REUTERS / RODRIGO GARRIDOQabriel Boriç
Qabriel Boriç - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Boriç Prezident kimi gələn il martın 11-də and içəcək. O vaxt onun 36 yaşı tamam olacaq və Çili tarixində ən gənc dövlət başçısı olacaq.
BAKI, 20 dekabr - Sputnik. Otuz beş yaşlı Qabriel Boriç Çilinin növbəti prezidenti olacaq. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, solçu qüvvələrin namizədi Qabriel Boriç prezident seçkilərinin ikinci turunda seçicilərin 55,87 faizinin səsini toplayıb.
Boriçin qələbəsi bir sıra cəhətlərə görə əlamətdardır. Belə ki, ötən bazar günü onun namizədliyinə 8,3 milyon nəfər və ya seçicilərin 55 faizi səs verib.
2012-ci ildə ölkədə könüllü səsvermə tətbiq ediləndən bəri bu, ən yüksək göstəricidir. Bu həm də noyabrın 21-də keçirilmiş birinci turda Boriçin topladığı səslərdən 8 bənd çoxdur.
Bundan əlavə, Boriç yeganə namizəddir ki, birinci turda ikinci yeri tutandan sonra səsvermədə qalib gəlib. Boriç Prezident kimi gələn il martın 11-də and içəcək. O vaxt onun 36 yaşı tamam olacaq və Çili tarixində ən gənc dövlət başçısı olacaq.
Qabriel Boriç seçkilərdə qalib gələndən sonra ölkədə dərin struktur dəyişiklikləri keçiriləcəyini, Çili iqtisadiyyatının inkişaf edəcəyini və yoxsulluq səviyyəsinin əsaslı şəkildə azalacağını vəd edib.
Xəbər lenti
0