https://sputnik.az/20211220/bas-nazir-rusiya-sefiri-ile-gorusub-437421583.html
Baş nazir Rusiya səfiri ilə görüşüb
Baş nazir Rusiya səfiri ilə görüşüb
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
2021-12-20T19:33+0400
2021-12-20T19:33+0400
2021-12-20T19:33+0400
əli əsədov
azərbaycan xəbərləri
görüş
səfir
rusiya federasiyası
mixail boçarnikov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437417452_0:53:1281:773_1920x0_80_0_0_41efe8b43620c157a613ed38ca5bee7a.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.Qeyd edək ki, 2018-ci ilin mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub.Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında şirkətində maraqlıdır. Bunu "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bildirib."Rusiya şirkətlərinin sərgidə iştirakı olduqca önəmlidir. Sərgidə Rusiya Federasiyasının müxtəlif yerlərindən xeyli sayda şirkət iştirak edir. Səfir olaraq, Rusiya şirkətlərinin Azərbaycandakı sərgiyə belə maraq göstərməsindən məmnunam. Bu sərgidə gördüklərim məndə ciddi ümidlər yaradır. Müxtəlif tikinti sahələrində Rusiya şirkətlərinin təcrübəsi nəzərə alındıqda, biz Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirak etməsində maraqlıyıq", - deyə diplomat bildirib.Bu yaxınlarda Azərbaycana Rusiyadan böyük biznes nümayəndə heyətinin gəldiyini xatırladan səfir daha bir nümayəndə heyətinin noyabrda Bakıya gələcəyini bildirib."Mən sərgiyə, həmçinin burda iştirak edən şirkətlərə uğurlar arzulayıram", - deyə Boçarnikov bildirib.Həmçinin oxuyun:Səfir: Rusiya regionları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırİlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437417452_0:0:1031:773_1920x0_80_0_0_884f1ad41e7641524b87460dc421e599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş nazir rusiya səfiri ilə görüşüb
baş nazir rusiya səfiri ilə görüşüb
Baş nazir Rusiya səfiri ilə görüşüb
Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.
Bu barədə
Sputnik Azərbaycan-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2018-ci ilin mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.
M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub.
Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında şirkətində maraqlıdır. Bunu "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bildirib.
"Rusiya şirkətlərinin sərgidə iştirakı olduqca önəmlidir. Sərgidə Rusiya Federasiyasının müxtəlif yerlərindən xeyli sayda şirkət iştirak edir. Səfir olaraq, Rusiya şirkətlərinin Azərbaycandakı sərgiyə belə maraq göstərməsindən məmnunam. Bu sərgidə gördüklərim məndə ciddi ümidlər yaradır. Müxtəlif tikinti sahələrində Rusiya şirkətlərinin təcrübəsi nəzərə alındıqda, biz Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirak etməsində maraqlıyıq", - deyə diplomat bildirib.
Bu yaxınlarda Azərbaycana Rusiyadan böyük biznes nümayəndə heyətinin gəldiyini xatırladan səfir daha bir nümayəndə heyətinin noyabrda Bakıya gələcəyini bildirib.
"Mən sərgiyə, həmçinin burda iştirak edən şirkətlərə uğurlar arzulayıram", - deyə Boçarnikov bildirib.