DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya Osakadakı yanğından sonra əl-ayağa düşüb

© AFP 2024 / KAZUHIRO NOGIYaponiya bayrağı, arxiv şəkli
Yaponiya bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Nazir: Yanğın pilləkənə yeganə çıxışın yaxınlığında baş verib. Bu, təxliyə üçün yeganə çıxış olub və insanlar ora yaxınlaşa bilməyiblər.
BAKI, 19 dekabr - Sputnik. Yaponiyanın nəzarət orqanları Osaka şəhərində 24 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğından sonra yanğın təhlükəsizliyi ilə bağlı geniş ərazidə yoxlamalar aparacaq.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bu barədə göstərişi Yaponiyanın inzibati işlər və kommunikasiya naziri Yasuşi Kaneko bazar günü ölkə üzrə bütün yanğınsöndürmə idarələrinə göndərib.
Bildirilir ki, belə yoxlamalar, ilk növbədə, ikinci mərtəbədən yuxarıda klinikaların, restoranların, həmçinin pilləkənlərə yalnız bir çıxışın olduğu obyektlərin yerləşdiyi bütün binaları əhatə edəcək.
Bazar günü jurnalistlərlə görüşən nazir deyib:
“Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Əldə olunan məlumatlara görə, yanğın pilləkənə yeganə çıxışın yaxınlığında baş verib. Bu, təxliyə üçün yeganə çıxış olub və insanlar ora yaxınlaşa bilməyiblər”.
NHK telekanalının məlumatına əsasən, yoxlama ölkə üzrə Osakadakı binaya oxşayan 30 minədək binanı əhatə edəcək.
Xatırladaq ki, yanğın dekabrın 17-də Osakanın əsas dəmir yolu vağzalının yaxınlığında yerləşən səkkizmərtəbəli binanın dördüncü mərtəbəsindəki klinikada baş verib. Klinikanın yerləşdiyi bütün ərazi yanıb. Yanğının liftin və pilləkənlərə çıxışın yaxınlığında baş verməsi nəticəsində daxildə olanlar həmin sahəni tərk edə bilməyiblər. Yanğın səbəbindən klinikadakı 24 nəfər həyatını itirib. Yanğının törədilməsində şübhəli bilinən kişinin də daxil olduğu daha 4 nəfər isə ağır vəziyyətdədir.
Polisin bildirdiyinə görə, videonəzarət kameraları klinikadan çıxışı bağlayaraq, oradakıların çıxmasına imkan verməyən həmin şəxsi qeydə alıb. Onun həmin gün öz mənzilində də yanğın törətdiyi bildirilir.
Polis əsas versiya kimi yanğının törədilməsi faktını araşdırır. Yanğın ərəfəsində hadisə yerində təqribən 60 yaşlarında bir kişinin paketdəki mayeni yerə tökdüyü və bundan sonra yanğının başladığı bildirilir.
Həmçinin oxuyun:
Yaponiyada şiddətli yanğın - Video
Xəbər lenti
0