Türkiyədə partlayış: xəsarət alanlar var
00:32 19.12.2021 (Yenilənib: 10:05 19.12.2021)
© AFP 2024 / STRTürkiyədə təcili yardım avtomobili, arxiv şəkli
© AFP 2024 / STR
Abunə olmaq
İzmir valisi Yavuz Selim Köşger hadisədə xəsarət alanların sayını açıqlayıb.
BAKI, 19 dekabr - Sputnik. Türkiyənin İzmir vilayətinin Kınık rayonunda filiz mədənində partlayış olub.
Sputnik Türkiyə xəbər verir ki, ilkin məlumata görə, tüstüdən zəhərlənən yeddi işçi fərqli xəstəxanalara çatdırılıb.
Bildirilir ki, mədən partlayış səbəbindən çöküb. Hadisə yerinə tibb işçiləri, xilasedicilər və AFAD qrupları gəliblər.
Yaralılardan ikisi Manisanın Soma rayonuna aparılıb. Hadisə baş verən zaman mədəndə 50 işçinin olduğu deyilir.
İzmir valisi Yavuz Selim Köşger hadisədə ölənlərin olmadığını, işçilərin yüngül xəsarət aldıqlarını deyib.
Twitter hesabından açıqlama verən Köşger xəstəxanalara səkkiz nəfərin çatdırıldığını deyib.
Bir qədər sonra isə vali 22 nəfərin yüngül xəsarət aldığını xəbər verib. Mədənin dağıntıları altında kimsənin qalmadığını deyib.
Kınık ilçemizde meydana gelen kısmi maden göçüğünde maden tümüyle tahliye edilmiş olup
— Yavuz Selim KÖŞGER (@yskosger) December 18, 2021
✅Göçük altında kalan vatandaşımız yok
✅Vefat eden veya ağır yaralı vatandaşımız yok
✅ Bir kısmı ayaktan tedavi olmak üzere Kınık ve Soma Devlet Hastanelerinde 22 vatandaşımız hafif yaralıdır https://t.co/knp7iZdAmv