SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıdan Minskə dəstək, Ankara və Yerevan arasında körpü, qaytarılan əsirlər – İCMAL

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
İlham Əliyev: Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də olmamalıdır.
BAKI, 17 dekabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Türkiyə və Ermənistan arasında buzlar əriyir
Dekabrın 13-ü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcəyini bəyan edib.
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.
Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaqlar.
"Yerevana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - deyə Mövlud Çavuşoğlu vurğulayıb. Rəsmi Yerevan isə dekabrın 14-ü heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazır olduğunu bildirib.
İlham Əliyev və Şarl Mişelin görüşü
Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.
Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də olmamalıdır
Dekabrın 14-ü Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, regionda kommunikasiyaların açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilib.
"Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin, avtomobil yolunun inşası ilə bağlı razılıq da əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan Ermənistan və Qarabağ arasında əlaqə üçün təhlükəsiz və maneəsiz giriş təmin edir. Ermənistan da Azərbaycan və Naxçıvan arasında maneəsiz girişi və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Əgər Ermənistan yükləri və insanları yoxlamaq üçün gömrük postunun qurulmasında israr edərsə, biz də Laçın dəhlizində eyni israrı edəcəyik. Bu məntiqlidir. Bu məsələdə qərar Ermənistanın üzərinə düşür. Biz iki varianta da hazırıq. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur".
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında birgə görüş olub
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib.
Pekindən Moskvaya jest: Əlaqələrimiz müttəfiqlikdən də artıqdır
Dekabrın 15-i Rusiya və Çin rəhbərləri Vladimir Putin və Si Cin Pin iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsindən artıq olduğunu təsdiqləyiblər.
"Hər iki lider bildirib ki, əlaqələr indiyədək görünməmiş yüksək səviyyəyə çatıb və çox uğurla inkişaf edir. Çin Xalq Respublikasının sədri hətta obrazlı şəkildə dedi ki, ikitərəfli münasibətlərimiz öz gücü və səmərəliliyinə görə müttəfiqlik səviyyəsini də üstələyir, yəni ikitərəfli münasibətlərə ən yüksək qiymət verilib", - deyə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlama
"Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, vacib razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir". Bunu dekabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.
Onun sözlərinə əsasən, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb.
Rusiya Baş nazirinin müavinindən Azərbaycana mühüm təklif
Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində fəal iş aparılır – bu fikri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıdakı ADA Universitetində "İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" adlı konfransda çıxışı zamanı ifadə edib.
Baş nazirin müavini qeyd edib ki, Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlər çərçivəsində bir sıra qarşılıqlı maraqları mövcuddur.
"Bu gün beynəlxalq əlaqələrdən danışarkən daha çox makroregionlar arası əlaqələrdən söhbət gedir və biz görürük ki, bütün dünyada inteqrasiya prosesləri səmərəli şəkildə inkişaf edir. Biz hamının gözü qarşısında Şimali Amerika, Asiya-Sakit okean regionu, Cənub-Şərqi Asiyada hansı proseslərin getdiyini görürük. Çinin "Bir kəmər bir yol" təşəbbüsü ilə bağlı prosesləri izləyir və orada iştirak edirik", - deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, bu gün getdikcə daha çox ölkə Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqə qurur və xarici iqtisadi fəaliyyətdə artıq konkret regionda yaranmış şərtləri və sazişləri nəzərə almaq vacibdir.
Minskdən rəsmi Bakıya təşəkkür
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.
Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.
Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti keçirilib. Azərbaycan zirvə görüşünün sonunda qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.
Minskdən Bakıya gələn zəng – Belarus rəsmisi Azərbaycana nə dedi?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.
Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti keçirilib. Azərbaycan zirvə görüşünün sonunda qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.
Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu Nağıyev rəsmi Bakının bu addımını açıqladı:
Deputat xatırladıb ki, Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ildə yaranıb. Əsas məqsəd proqram iştirakçıları - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusun yumşaq avrointeqrasiyası idi: "Rusiya da təbii ki, bunun əleyhinədir. Rəsmi Moskva düşünür ki, Aİ bu layihəni həyata keçirməklə regionda Rusiyanın maraqlarına maneə törədir və öz geosiyasi maraqlarını diktə etməyə çalışır".
Azərbaycanın Şərq Tərəfdaşlığı bəyanatının Belarusla bağlı bəndinə qoşulmamasına münasibət bildirən Arzu Nağıyev qeyd edib ki, bu, rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasəti ilə bağlıdır: "Məlumdur ki, ölkəmizin siyasəti ilə bağlı hər hansı bir xarici qüvvə, güc bizə ciddi təsir edə bilməz. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var.
Azərbaycan və Belarus arasında əlaqələr yüksək səviyyədədir. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, Azərbaycan üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir".
Daha 10 erməni hərbi qulluqçu Ermənistana qaytarılıb
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.
Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixdə qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.
Xəbər lenti
0