https://sputnik.az/20211219/ankarada-bes-il-evvel-qetle-yetirilmis-rusiya-sefirinin-xatiresi-anilib-437389662.html
Ankarada beş il əvvəl qətlə yetirilmiş Rusiya səfirinin xatirəsi anılıb
Ankarada beş il əvvəl qətlə yetirilmiş Rusiya səfirinin xatirəsi anılıb
Sputnik Azərbaycan
Mərhumun xatirəsini yad etmək üçün Rusiya səfirliyinə Azərbaycan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan səfirləri gəliblər. 19.12.2021, Sputnik Azərbaycan
2021-12-19T17:05+0400
2021-12-19T17:05+0400
2021-12-19T17:05+0400
rusiya
səfir
türkiyə
ankara
qətl
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437389473_0:0:3159:1777_1920x0_80_0_0_d910e84834f3c9f48b8778c596075479.jpg
BAKI, 19 dekabr - Sputnik. Rusiyanın Türkiyədəki səfirliyində beş il əvvəl Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun xatirəsi yad edilib.Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mərhumun xatirəsini yad etmək üçün Rusiya səfirliyinə Azərbaycan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan səfirləri gəliblər.Tədbir iştirakçıları Karlovun abidəsi önünə gül əklilləri qoyublar.Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov tədbirdə çıxış edib:Səfir Rusiya-Türkiyə münasibətləri istiqamtələrində "Türk axını" və Türkiyənin cənubunda "Rosatom"un inşa etdiyi "Ak Kuyu" AES-ini də misal çəkib.Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə" fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib.Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.Həmçinin oxuyun:Çavuşoğlu: Moskva və Ankara onlara qurulan "tələ"yə düşmədilərTürkiyə rus səfiri öldürənləri cəzalandırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/13/437389473_381:0:3112:2048_1920x0_80_0_0_475f960e7442eb698b3ade9f99c7ea9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir, türkiyə, ankara, qətl
səfir, türkiyə, ankara, qətl
Ankarada beş il əvvəl qətlə yetirilmiş Rusiya səfirinin xatirəsi anılıb
Mərhumun xatirəsini yad etmək üçün Rusiya səfirliyinə Azərbaycan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan səfirləri gəliblər.
BAKI, 19 dekabr - Sputnik. Rusiyanın Türkiyədəki səfirliyində beş il əvvəl Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun xatirəsi yad edilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mərhumun xatirəsini yad etmək üçün Rusiya səfirliyinə Azərbaycan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan səfirləri gəliblər.
Tədbir iştirakçıları Karlovun abidəsi önünə gül əklilləri qoyublar.
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov tədbirdə çıxış edib:
"Artıq beş ildir ki, yoldaşımız zalımcasına qətlə yetirilib. Həmin gün keçirdiyimiz ağrı indi də bizi göynədir. Tarix gözlərimiz qarşısında baş verir. Beş il əvvəlki hadisələri yada saldıqda buna əmin oluruq. Lakin, digər tərəfdən tarixi öz əllərimizlə də yaradırıq. Bu gözəl insanın xatirəsi üçün etdiklərimiz də tarixdir", - deyə Yerxov bildirib.
Səfir Rusiya-Türkiyə münasibətləri istiqamtələrində "Türk axını" və Türkiyənin cənubunda "Rosatom"un inşa etdiyi "Ak Kuyu" AES-ini də misal çəkib.
Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə" fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib.
Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.