https://sputnik.az/20211218/yanacagin-bahalasmasina-gore-kim-kompensasiya-ala-biler-437360981.html
Yanacağın bahalaşmasına görə kim kompensasiya ala bilər
Yanacağın bahalaşmasına görə kim kompensasiya ala bilər
Sputnik Azərbaycan
Subsidiya almaq istəyənlər bir sıra şərtlərə cavab verməlidirlər. Həmin şərtlər və qaydalar Sputnik Azərbaycan-ın materialında. 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T14:32+0400
2021-12-18T14:32+0400
2021-12-18T14:32+0400
dizel
neft-qaz
bahalaşma
kompensasiya
yanacaq
subsidiya
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888589_0:85:3077:1816_1920x0_80_0_0_eb316d208967c65c13939bf9ffd3a985.jpg
BAKI, 18 dekabr — Sputnik. Sərnişindaşıma ilə məşğul olanlara dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır.Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, vergiödəyiciləri dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər.Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli Qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası" təsdiq edilib.Sərnişindaşımada nağdsız ödənişlər stimullaşdırılırQərar "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 2021-ci il yanvarın 4-ü 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib.Subsidiyanın məbləğiSubsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır.Dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı vergi orqanlarına müraciət olunmalıdırVergiödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergiödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.Vergi Xidməti ödəniləcək subsidiyanın məbləğini müəyyən edirDaşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən olunur.İki iş günü müddətində pullar köçürüləcəkDövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.Subsidiya almaq istəyənlər bir sıra şərtlərə cavab verməlidirlərNazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar bir sıra şərtlərə cavab verməlidirlər. Belə ki, daşıyıcılar "Riskli vergiödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na düşməməli, subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli, əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməlidirlər. Həmçinin nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.Eləcə də oxuyun:* NEZ-də "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425888589_346:0:3077:2048_1920x0_80_0_0_5c1b7a88379b6df1c3739fcc3d63e55b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yanacaq bahalaşma kim kompensasiya ala bilər dizel subsidiya
yanacaq bahalaşma kim kompensasiya ala bilər dizel subsidiya
Yanacağın bahalaşmasına görə kim kompensasiya ala bilər
Subsidiya almaq istəyənlər bir sıra şərtlərə cavab verməlidirlər. Həmin şərtlər və qaydalar Sputnik Azərbaycan-ın materialında.
BAKI, 18 dekabr — Sputnik. Sərnişindaşıma ilə məşğul olanlara dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, vergiödəyiciləri dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər.
Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli Qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası" təsdiq edilib.
Sərnişindaşımada nağdsız ödənişlər stimullaşdırılır
Qərar "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 2021-ci il yanvarın 4-ü 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib.
Subsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır.
Dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı vergi orqanlarına müraciət olunmalıdır
Vergiödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergiödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Vergi Xidməti ödəniləcək subsidiyanın məbləğini müəyyən edir
Daşıyıcıların müraciətinə 20 gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən olunur.
İki iş günü müddətində pullar köçürüləcək
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Subsidiya almaq istəyənlər bir sıra şərtlərə cavab verməlidirlər
Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar bir sıra şərtlərə cavab verməlidirlər. Belə ki, daşıyıcılar "Riskli vergiödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na düşməməli, subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli, əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməlidirlər. Həmçinin nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.