CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahkı istirahətə nə mane ola bilər? - Hava proqnozu

© Sputnik / Maksim Blinov / Mediabanka keçidDumanlı havada it
Dumanlı havada it - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Bazar gününə duman, külək və yağıntı vəd edən sinoptiklər hava durumunun meteohəssas insanlara necə təsir edəcəyini də açıqlayıblar.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan ərazisində bazar günü, dekabrın 19-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 7-12° isti olacaq.
Xəbər lenti
0