https://sputnik.az/20211218/bir-azdan-hami-tehsil-ekspertlerini-muzakire-edecek-437369516.html
Bir azdan hamı təhsil ekspertlərini müzakirə edəcək
Bir azdan hamı təhsil ekspertlərini müzakirə edəcək
Sputnik Azərbaycan
Mediada təhsil ekspertlərinin tez-tez açıqlama verdiyini görmüşük. Bəs onlara bu statusu kim verib? 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T15:29+0400
2021-12-18T15:29+0400
2021-12-18T16:43+0400
təhsil
müzakirə
ekspert
təhsil
status
təhsil institutu
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_0:17:2000:1142_1920x0_80_0_0_a1af1a8e70feafcfca9fb94d683e5d5a.jpg
BAKI, 18 dekabr - Sputnik. “Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” (Chartered Educator) statusu təqdim etməmişik”.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib."Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir", - deyə direktor qeyd edib.“Beynəlxalq təcrübə göstərir ki, müxtəlif peşə sahələri üzrə statuslar həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Bu, eləcə də təhsillə bağlı sahələrə də şamil edilir”, direktor əlavə edib.O qeyd edib ki, buraya müəllim, baş müəllim, metodist və ya təhsil eksperti statusları aiddir: “Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, İngiltərədə kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər. Hazırda Təhsil İnstitutu tərəfindən bu istiqamətdə tədqiqat aparılır, müəllimlərin peşəkar inkişafı və onlara müvafiq statusların verilməsi məsələsi araşdırılır”.Eləcə də oxuyun:* Qanunsuz pul yığanların kökünü kəsmək olar - İstək olsa* İlham Əliyev müəllimlərin maaşlarını qaldırdı* Məktəblərdə müəllimlərlə valideynlər arasında münaqişə var - Nazir danışdı* Məktəbli oğlanın saçına irad bildirən müəllimə töhmət verilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_124:0:1896:1329_1920x0_80_0_0_fbe821dacc0b2a6403da5eecd45ad495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil institutu iddia heç kim ekspert statusu verməmişik
təhsil institutu iddia heç kim ekspert statusu verməmişik
Bir azdan hamı təhsil ekspertlərini müzakirə edəcək
15:29 18.12.2021 (Yenilənib: 16:43 18.12.2021) Mediada təhsil ekspertlərinin tez-tez açıqlama verdiyini görmüşük. Bəs onlara bu statusu kim verib?
BAKI, 18 dekabr - Sputnik. “Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” (Chartered Educator) statusu təqdim etməmişik”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
"Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir", - deyə direktor qeyd edib.
“Beynəlxalq təcrübə göstərir ki, müxtəlif peşə sahələri üzrə statuslar həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Bu, eləcə də təhsillə bağlı sahələrə də şamil edilir”, direktor əlavə edib.
O qeyd edib ki, buraya müəllim, baş müəllim, metodist və ya təhsil eksperti statusları aiddir: “Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, İngiltərədə kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar.
Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər. Hazırda Təhsil İnstitutu tərəfindən bu istiqamətdə tədqiqat aparılır, müəllimlərin peşəkar inkişafı və onlara müvafiq statusların verilməsi məsələsi araşdırılır”.