Bakı metrosu yeni qazanc üsulunu sınayır - Fotoreportaj
Bakı metrosu yeni qazanc üsulunu sınayır - Fotoreportaj
Sputnik Azərbaycan
Bundan belə paytaxt metropoliteninin sexlərində təkcə özlərinin avadanlıqlarını təmir etməyəcək, həm də sifarişləri yerinə yetirəcəklər 18.12.2021, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC qatar mühərriklərinin təmiri üzrə iki sexin avadanlıqlarını yeniləyib. QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sexlər Nərimanov deposunda yerləşir.Metronun iş prosesində sərnişinlərin təhlükəsiz daşınmasına xüsusi önəm verilir. Bunun üçün mütropolitenin bütün infrastrukturunun saz olması vacibdir.Son illər QSC vaqonların cari və tam təmirini müstəqil olaraq həyata keçirirdi, ancaq hamı bilir ki, qatarın "ürəyi" onun mühərrikidir. B.Məmmədovun sözlərinə görə, xüsusi sex olmadan tam təmiri həyata keçirmək olmur."Sexlərdə təkcə qatar mühərriklərini deyil, eləcə də kompressorları, eskalatorların mühərriklərini, ventilyatorları, su nasoslarını, metropolitenin digər elektrik cihazlarını bərpa edəcəklər. Yəni bütün təmir işləri bir yerdə və mərkəzləşdirilmiş qaydada keçiriləcək", - o deyib.QSC rəsmisinin sözlərinə görə, bu, işin keyfiyyətini artıracaq.Əvvəllər elektrik mühərriklər kustar üsulla təmir edilir, yaxud da bu məqsədlə başqa ölkələrə göndərilirdi. Bundan belə isə bütün təmir işləri yeni sexlərdə aparılacaq. Sexlərdə Rusiya, İtaliya, İsveçrə və Almaniyadan alınmış kompüterləşdirilmiş müasir avadanlıq quraşdırılıb.Həmçinin avtomatik qaynaq, mühərriklərin tam təmizlənməsi və təmirdən sonra kompüter diqanostikası üçün aparatlar alınıb.Yeni sexlər açmağı çoxdan planlaşdırsalar da, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən bunu müvəqqəti təxirə salmalı oldular, çünki Azərbaycan sərhədlərini bağlamışdı."Bakı Metropoliteni" rəsmisinin sözlərinə görə, sexlərin fəaliyyətinin ilkin nəticələri yaxşıdır - qatarların mühərriklərinin 75%-i təmir olunub. Qalan 15%-ni isə istismar müddəti çox uzun olduğundan təmir etmək mümkün olmayıb.QSC yeni peşə üçün kadr hazırlamağı da məqsəd qoyub: onlara mühərrikləri yeni avadanlıqların köməyi ilə necə təmir etməyi öyrədəcəklər.Qurum həmçinin orta-ixtisas və ali məktəblərə öz sexlərində tələbələr üçün yeni texnologiyalar vasitəsilə praktiki məşğələlər keçməyi də təklif edir."Ən əsası - metropoliten bundan belə nəinki özünün avadanlıqlarını təmir edəcək, hətta xaricdən də analoji sifarişlər ala biləcək. Məsələn, bu sexlərdə avtomobil, qatar mühərrikləri, digər cihazlar təmir oluna bilər", - B.Məmmədov bildirib."Bakı Metropoliteni" QSC yeni alınan avadanlığın qiymətini açıqlamayıb, bildirilib ki, proses davam etdiyindən dəqiq məlumat gələn il veriləcək.
Bundan belə paytaxt metropoliteninin sexlərində təkcə özlərinin avadanlıqlarını təmir etməyəcək, həm də sifarişləri yerinə yetirəcəklər
BAKI, 18 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC qatar mühərriklərinin təmiri üzrə iki sexin avadanlıqlarını yeniləyib. QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sexlər Nərimanov deposunda yerləşir.
Sexlərdə təkcə qatar mühərriklərini deyil, eləcə də kompressorları, eskalatorların mühərriklərini, ventilyatorları, su nasoslarını, metropolitenin digər elektrik cihazlarını bərpa edəcəklər.
Sexlərdə təkcə qatar mühərriklərini deyil, eləcə də kompressorları, eskalatorların mühərriklərini, ventilyatorları, su nasoslarını, metropolitenin digər elektrik cihazlarını bərpa edəcəklər.
Məsələn, bu sexlərdə avtomobil, qatar mühərrikləri, digər cihazlar təmir oluna bilər.
Metronun iş prosesində sərnişinlərin təhlükəsiz daşınmasına xüsusi önəm verilir. Bunun üçün mütropolitenin bütün infrastrukturunun saz olması vacibdir.
Son illər QSC vaqonların cari və tam təmirini müstəqil olaraq həyata keçirirdi, ancaq hamı bilir ki, qatarın "ürəyi" onun mühərrikidir. B.Məmmədovun sözlərinə görə, xüsusi sex olmadan tam təmiri həyata keçirmək olmur.
"Sexlərdə təkcə qatar mühərriklərini deyil, eləcə də kompressorları, eskalatorların mühərriklərini, ventilyatorları, su nasoslarını, metropolitenin digər elektrik cihazlarını bərpa edəcəklər. Yəni bütün təmir işləri bir yerdə və mərkəzləşdirilmiş qaydada keçiriləcək", - o deyib.
QSC rəsmisinin sözlərinə görə, bu, işin keyfiyyətini artıracaq.
Əvvəllər elektrik mühərriklər kustar üsulla təmir edilir, yaxud da bu məqsədlə başqa ölkələrə göndərilirdi. Bundan belə isə bütün təmir işləri yeni sexlərdə aparılacaq. Sexlərdə Rusiya, İtaliya, İsveçrə və Almaniyadan alınmış kompüterləşdirilmiş müasir avadanlıq quraşdırılıb.
Həmçinin avtomatik qaynaq, mühərriklərin tam təmizlənməsi və təmirdən sonra kompüter diqanostikası üçün aparatlar alınıb.
Yeni sexlər açmağı çoxdan planlaşdırsalar da, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən bunu müvəqqəti təxirə salmalı oldular, çünki Azərbaycan sərhədlərini bağlamışdı.
"Bakı Metropoliteni" rəsmisinin sözlərinə görə, sexlərin fəaliyyətinin ilkin nəticələri yaxşıdır - qatarların mühərriklərinin 75%-i təmir olunub. Qalan 15%-ni isə istismar müddəti çox uzun olduğundan təmir etmək mümkün olmayıb.
QSC yeni peşə üçün kadr hazırlamağı da məqsəd qoyub: onlara mühərrikləri yeni avadanlıqların köməyi ilə necə təmir etməyi öyrədəcəklər.
Qurum həmçinin orta-ixtisas və ali məktəblərə öz sexlərində tələbələr üçün yeni texnologiyalar vasitəsilə praktiki məşğələlər keçməyi də təklif edir.
"Ən əsası - metropoliten bundan belə nəinki özünün avadanlıqlarını təmir edəcək, hətta xaricdən də analoji sifarişlər ala biləcək. Məsələn, bu sexlərdə avtomobil, qatar mühərrikləri, digər cihazlar təmir oluna bilər", - B.Məmmədov bildirib.
"Bakı Metropoliteni" QSC yeni alınan avadanlığın qiymətini açıqlamayıb, bildirilib ki, proses davam etdiyindən dəqiq məlumat gələn il veriləcək.