https://sputnik.az/20211218/azerbaycanin-iqtisadi-artimi-ne-qeder-olub-437364072.html
Azərbaycanın iqtisadi artımı nə qədər olub?
Azərbaycanın iqtisadi artımı nə qədər olub?
Sputnik Azərbaycan
On bir ay ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib. 18.12.2021, Sputnik Azərbaycan
2021-12-18T18:26+0400
2021-12-18T18:26+0400
2021-12-18T18:26+0400
ümumi daxili məhsul (üdm)
iqtisadiyyat
iqtisadi
artım
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40624/75/406247522_430:160:2000:1043_1920x0_80_0_0_ce0eed315525ead7d0371bc1e8421b68.jpg
BAKI, 18 dekabr — Sputnik. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb.ÜDM istehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manata bərabər olub.Bu ilin yanvar-oktyabr aylarında ÜDM istehsalıQeyd edək kİ, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artıb.ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olmuşdu.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40624/75/406247522_293:0:2000:1280_1920x0_80_0_0_6c86ebcc57b599182149a83d38c9ba16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan iqtisadi artım nə qədər olub
azərbaycan iqtisadi artım nə qədər olub
Azərbaycanın iqtisadi artımı nə qədər olub?
On bir ay ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib.
BAKI, 18 dekabr — Sputnik. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb.
ÜDM istehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manata bərabər olub.
Bu ilin yanvar-oktyabr aylarında ÜDM istehsalı
Qeyd edək kİ, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, qeyri neft-qaz sektorunda isə 5,9 faiz artıb.
ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7148,0 manata bərabər olmuşdu.