Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Su anbarından körpə meyiti tapıldı

© Sputnik / Emin AlisahibSu anbarı, arxiv şəkli
Su anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Astaradakı su anbarından tapılan körpənin ora öldükdən sonra atıldığı, yaxud atıldıqdan sonra öldüyü hələlik məlum deyil.
BAKI, 17 dekabr — Sputnik. Astarada körpə meyiti tapılıb.
Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Körpənin meyiti Lovayın su anbarından tapılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Körpənin öldükdən sonra atılması və ya orada ölməsi hələlik məlum deyil. Report faktla bağlı araşdırma aparıldığını xəbər verib.
Qeyd edək ki, ötən ay Ağsu şəhərində zibil qutusundan yeni doğulmuş körpə dölü tapılmışdı. Döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıbmış.
Xatırladaq ki, zibil qabına yenidoğulmuş körpələrin atılması hallarına tez-tez rast gəlinir. İyulun 7-də belə hadisə Sumqayıtda baş verib. Sumqayıtda zibil qabından tapılan yenidoğulmuş qız uşağının bu şəhərdəki hər hansı doğum evlərində dünyaya göz açmadığı məlum olmuşdu. Körpə ev şəraitində və vaxtından əvvəl dünyaya gəldikdən sonra zibil qabına atılmışdı.
Keçən il isə Bakının Yeni Suraxanı qəsəbəsində qəbiristanlıq keşikçisizibillikdən yeni doğulmuş körpənin meyiti tapmışdı. Körpə oğlan aşkar edildiyi gündən təxminən bir həftə əvvəl doğulubmuş. Məlum olub ki, qadın (adı müəyyən səbəblərə görə, qeyd olunmur) vaxtından əvvəl doğulmuş körpəsini yerli xəstəxanalardan birində dünyaya gətirib.
Bir müddət sonra körpə vəfat etdiyindən, həkimlər cəsədi dəfn etmək üçün valideynlərə təhvil veriblər. Lakin valideynləri onu qəbiristanlığın yaxınlığında yerləşən zibilxanaya atıblar.
Xəbər lenti
0