https://sputnik.az/20211217/prokurorluq-dehsetli-olum-faktlari-ile-bagli-aciqlama-yaydi-437319797.html
Prokurorluq dəhşətli cinayət və ölüm faktları ilə bağlı açıqlama yaydı
Prokurorluq dəhşətli cinayət və ölüm faktları ilə bağlı açıqlama yaydı
Sputnik Azərbaycan
Kanalda skeleti tapılan şəxsin 3 il əvvəl qonşusu tərəfindən öldürüldüyü məlum olub.
2021-12-17T10:34+0400
2021-12-17T10:34+0400
2021-12-17T11:06+0400
prokurorluq
cəmiyyət
cinayət işi
baş prokurorluq
məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 17 dekabr — Sputnik. Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən "İndigo" MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Səbail rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.Həmçinin Baş Prokurorluq və Daxili İşlər Nazirliyi üç il əvvəl Kürdəmirdə qətllə bağlı da birgə məlumat yayıb.Hər iki qurumun birgə məlumatında deyilir ki, 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.Belə ki, istintaqla müəyyən edilib ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyəsinə yumruqla güclü zərbə vurub. Daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyəsi istiqamətində ardıcıl zərbələr endirib. Yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atıb. Əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala tullayıb. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilib. Üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilib. Aşkar edilmiş sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib. Eyni zamanda, su kanalından aşkar edilərək götürülmüş bıçaq müvafiq ekspertizaya təqdim olunmuş və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilib. Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
üç il öncə kollektordan tapılan meyitin qatili həbs edilib
üç il öncə kollektordan tapılan meyitin qatili həbs edilib
Prokurorluq dəhşətli cinayət və ölüm faktları ilə bağlı açıqlama yaydı
10:34 17.12.2021 (Yenilənib: 11:06 17.12.2021) Kanalda skeleti tapılan şəxsin 3 il əvvəl qonşusu tərəfindən öldürüldüyü məlum olub.
BAKI, 17 dekabr — Sputnik. Dekabrın 16-sı saat 11 radələrində paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən "İndigo" MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Xəyyam Təhməzov mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Həmçinin Baş Prokurorluq və Daxili İşlər Nazirliyi üç il əvvəl Kürdəmirdə qətllə bağlı da birgə məlumat yayıb.
Hər iki qurumun birgə məlumatında deyilir ki, 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.
Belə ki, istintaqla müəyyən edilib ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyəsinə yumruqla güclü zərbə vurub.
Daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyəsi istiqamətində ardıcıl zərbələr endirib. Yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atıb. Əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala tullayıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilib. Üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilib. Aşkar edilmiş sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib.
Eyni zamanda, su kanalından aşkar edilərək götürülmüş bıçaq müvafiq ekspertizaya təqdim olunmuş və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilib. Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.