https://sputnik.az/20211217/oten-il-olkede-156-adda-silah-ve-herbi-texnika-yaradilib---teferruat-437337253.html
Ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb - Təfərrüat
Ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb - Təfərrüat
Sputnik Azərbaycan
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin 2007-ci ildən 2020-ci ilədək ümumilikdə nə qədər məhsul istehsal etdiyi açıqlanıb
2021-12-17T17:31+0400
2021-12-17T17:31+0400
2021-12-17T17:31+0400
silah
hərbi
müdafiə sənayesi nazirliyi
istehsal
https://cdnn1.img.sputnik.az/img/41718/11/417181136_0:0:2000:1125_1920x0_80_0_0_57c8a8822f734a46e52956aa1803c501.jpg
BAKI, 17 dekabr — Sputnik. Müdafiə Sənayesi Nazirliyi gələn il 66 adda yeni silah və texnika istehsal etməyi planlaşdırır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib. "2022-ci ilin birinci yarısında seriyalı istehsala başlanılacaq", - deyə nazir müavini qeyd edib.Mehman Baxışov bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı silah istehsal edən müəssisələrimiz fasiləsiz rejimdə çalışıb:"Müharibə vaxtı zədə almış texnikalar dərhal MSN-in müəssisələrində bərpa edilib. MSN-in tabeliyində olan müəssisələrdə istehsal olunan heç bir məmulatın keyfiyyətinə irad bildirilməyib".O, həmçinin qeyd edib ki, ötən il ərzində yalnız 156 adda silah və hərbi texnikaların yaradılması həyata keçirilib:"Mindən çox adda müdafiə təyinatlı məhsullar mənimsənilib və müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təhvil verilib".Nazir müavini bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 2007-ci ildən 2020-ci ilədək ümumilikdə 2 milyard 780 milyon manatlıq məhsul istehsal edib.2007-ci illə müqayisədə 2020-ci ildə ümumi məhsul istehsalının həcmi 9,3 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 12,8 dəfə artıb.Hazırda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1000 addan çoxdur. Bununla yanaşı, nazirliyin müəssisələrində aparılan elmi tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində 400-dən artıq müdafiə təyinatlı məmulatların hazırlanması işləri başa çatdırılıb və seriyalı istehsal təmin edilib.Həmçinin, nazirlik tərəfindən əsas diqqət ixrac potensialının gücləndirilməsinə yönəldilib. M.Baxışov deyir ki, pandemiya ilə bağlı müəyyən çətinliklərin olmasına baxmayaraq, 2019-cu illə müqayisədə 2020-ci ildə ixrac edilmiş məhsulların həcmi kooperasiya nəzərə alınmaqla 37% artaraq 199,4 milyon manat təşkil edib.Qeyd edək ki, iki ay öncə Azərbaycanın yaxın gələcəkdə yeni hərbi təyyarələr alacağı da açıqlanmışdı. Bunu Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bildirmişdi. O deyib ki, artıq bu istiqamətdə danışıqlar aparılır:"Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək".Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin sifarişləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılmasının (təcrübi-konstruktor işlərin) nəzərdə tutulduğu bildirilib.Həmçinin oxuyun:"Ermənistan ordusunun texnikası Azərbaycan Ordusunun istifadəsinə verilib" - Mədət Quliyevİdarəolunan raketlərdən aviaparkadək – Azərbaycan cəbbəxanasını yeniləyəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41718/11/417181136_227:0:2000:1330_1920x0_80_0_0_fdefbfae49d2298415fbbf0df4938e82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb
ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb
Ötən il ölkədə 156 adda silah və hərbi texnika yaradılıb - Təfərrüat
Bir müddət əvvəl MSN tabeliyində olan birlik və müəssisələri tərəfindən Müdafiə Nazirliyinin sifarişləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılmasının nəzərdə tutulduğu bildirilib.
BAKI, 17 dekabr — Sputnik. Müdafiə Sənayesi Nazirliyi gələn il 66 adda yeni silah və texnika istehsal etməyi planlaşdırır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.
"2022-ci ilin birinci yarısında seriyalı istehsala başlanılacaq", - deyə nazir müavini qeyd edib.
Mehman Baxışov bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı silah istehsal edən müəssisələrimiz fasiləsiz rejimdə çalışıb:
"Müharibə vaxtı zədə almış texnikalar dərhal MSN-in müəssisələrində bərpa edilib. MSN-in tabeliyində olan müəssisələrdə istehsal olunan heç bir məmulatın keyfiyyətinə irad bildirilməyib".
O, həmçinin qeyd edib ki, ötən il ərzində yalnız 156 adda silah və hərbi texnikaların yaradılması həyata keçirilib:
"Mindən çox adda müdafiə təyinatlı məhsullar mənimsənilib və müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təhvil verilib".
Nazir müavini bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 2007-ci ildən 2020-ci ilədək ümumilikdə 2 milyard 780 milyon manatlıq məhsul istehsal edib.
2007-ci illə müqayisədə 2020-ci ildə ümumi məhsul istehsalının həcmi 9,3 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 12,8 dəfə artıb.
Hazırda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1000 addan çoxdur. Bununla yanaşı, nazirliyin müəssisələrində aparılan elmi tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində 400-dən artıq müdafiə təyinatlı məmulatların hazırlanması işləri başa çatdırılıb və seriyalı istehsal təmin edilib.
Həmçinin, nazirlik tərəfindən əsas diqqət ixrac potensialının gücləndirilməsinə yönəldilib. M.Baxışov deyir ki, pandemiya ilə bağlı müəyyən çətinliklərin olmasına baxmayaraq, 2019-cu illə müqayisədə 2020-ci ildə ixrac edilmiş məhsulların həcmi kooperasiya nəzərə alınmaqla 37% artaraq 199,4 milyon manat təşkil edib.
Qeyd edək ki, iki ay öncə Azərbaycanın yaxın gələcəkdə yeni hərbi təyyarələr alacağı da açıqlanmışdı. Bunu Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bildirmişdi. O deyib ki, artıq bu istiqamətdə danışıqlar aparılır:
"Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək".
Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin sifarişləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılmasının (təcrübi-konstruktor işlərin) nəzərdə tutulduğu bildirilib.
İdarəolunan raketlərdən aviaparkadək –
Azərbaycan cəbbəxanasını yeniləyəcək