https://sputnik.az/20211217/minskden-bakiya-gelen-zeng-belarus-resmisi-azerbaycanli-hemkarina-ne-dedi-437325290.html
Minskdən Bakıya gələn zəng: Belarus rəsmisi azərbaycanlı həmkarına nə dedi?
Minskdən Bakıya gələn zəng: Belarus rəsmisi azərbaycanlı həmkarına nə dedi?
Sputnik Azərbaycan
Makey, Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşmaya görə təşəkkür edib.
2021-12-17T13:28+0400
2021-12-17T13:28+0400
2021-12-17T13:30+0400
minsk
siyasət
bakı
belarus
rəsmi bakı
ceyhun bayramov
qoşulmama hərəkatı
xarici işlər naziri ceyhun bayramov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434191666_0:0:3079:1731_1920x0_80_0_0_ecce222694e228053c9fec76859b91dc.jpg
BAKI, 17 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti keçirilib. Azərbaycan zirvə görüşünün sonunda qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu Nağıyev rəsmi Bakının bu addımı barədə danışarkən deyib ki, bu, rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətlə bağlıdır: "Məlumdur ki, ölkəmizin siyasəti ilə bağlı hər hansı bir xarici qüvvə, güc bizə ciddi təsir edə bilməz. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var.Azərbaycan və Belarus arasında əlaqələr yüksək səviyyədədir. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, Azərbaycan üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir".Eləcə də oxuyun:* Qırmızı xətlər - Bakının Brüsseldə Belarusu dəstəkləməsinin səbəbi nə idi* Azərbaycan "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində Belarusla bağlı bəndə qoşulmayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434191666_166:0:2897:2048_1920x0_80_0_0_41d822dcb919378d404780f895093843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belaruslu nazir azərbaycanın qarşısında baş əyir
belaruslu nazir azərbaycanın qarşısında baş əyir
Minskdən Bakıya gələn zəng: Belarus rəsmisi azərbaycanlı həmkarına nə dedi?
13:28 17.12.2021 (Yenilənib: 13:30 17.12.2021) Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.
BAKI, 17 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Belarus xarici işlər naziri Vladimir Makey ilə telefon danışığı baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Nazir Vladimir Makey, Şərq Tərəfdaşlığının 6-ci Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.
Nazirlər həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammiti keçirilib. Azərbaycan zirvə görüşünün sonunda qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb.
Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu Nağıyev rəsmi Bakının bu addımı barədə danışarkən deyib ki, bu, rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətlə bağlıdır:
"Məlumdur ki, ölkəmizin siyasəti ilə bağlı hər hansı bir xarici qüvvə, güc bizə ciddi təsir edə bilməz. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var.
Azərbaycan və Belarus arasında əlaqələr yüksək səviyyədədir. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, Azərbaycan üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir".