Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minimum maaş artımı nə qədər insanı xoşbəxt edəcək

Manat - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
BAKI, 17 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün prezidentin maaş artımı ilə bağlı sərəncamını şərh edib. Nazirliyikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir:

"Prezident İlham Əliyevin yeni "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir".

Qeyd olunub ki, Əməkhaqları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum maaşın məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Qeyd edək ki, indiyədək Azərbaycanda minimum əməkhaqqı 250 manat olub.
Həmçinin oxuyun:
Gələn il kimlərin maaşından daha çox rüsum tutulacaq
Azərbaycanda orta aylıq maaş artıb
Baş nazir maaşların verilməsi qaydasına dəyişiklik etdi
Gələn il bu şəxslər maaşından daha çox rüsum ödəyəcəklər
Xəbər lenti
0