CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kompüter oyunları - uşaqların bəlası

CC BY-SA 4.0 / Sparktour / PlayerUnknown’s “PUBG” oyunları
 “PUBG” oyunları - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Abunə olmaq
Nazirlik rəsmisi: Davranışına qadağa qoyulmayan uşaqlar daha çox özlərini buller kimi təqdim edirlər.
BAKI, 17 dekabr — Sputnik. Son zamanlar kütləvi maraq kəsb edən "PUBG" oyunlarının Azərbaycanda uşaqlara təsiri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirib ki, "PUBG" oyunlarında məktəblilər kiberbullinq şəklində müəyyən təzyiqlərə məruz qalırlar.
"Bu zaman onlar dolayı şəkildə təhqir olunurlar".
Psixoloqun sözlərinə görə, əksər hallarda uşaqlar yaşlılara bunu oyun kimi təqdim edib əsas mahiyyətdən yayınırlar:
"Bəzən valideyn övladının dediklərini ciddi qəbul etmir. Nəticədə növbəti dəfə uşaq məktəbdə baş verən hadisələri evdə danışmır. Hətta bəzən valideynlər övladının şikayətini acizlik kimi də qəbul edir. Qız övladlarını daha çox günahlandırırlar. Özünə zərər vuran şagirdi psixoloq yanına gətirəndə uşaq bizə deyir ki, vaxtında valideynimə bu barədə deyəndə mənə dəstək olmadı. Ona görə də uşaqlar valideyndə qıcıq yaradacaq hərəkətlər edirlər".
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova isə əlavə edib ki, davranışına qadağa qoyulmayan uşaqlar daha çox özlərini buller kimi təqdim edirlər:
"Hesab edirlər ki, onlara heç vaxt olmaz deyilməyib və istədikləri hər şeyi rahat edə bilərlər. Valideyn övladı ilə dost olmalıdır. Məktəbdə nə baş veribsə, övladı mütləq şəkildə valideyninə bu barədə ətraflı danışmalıdır. Baş verən hadisə barədə panikaya düşmək lazımdır. Məsələ həll oluna bilərsə, məktəb rəhbərliyi və ya müəllimlə həll etməlidir. Ciddi məsələ olacağı təqdirdə isə bunu ört-basdır etmək lazım deyil".
Qeyd edək ki, son zamanlar müxtəlif yaş kateqoriyalı insanlar arasında yayılan “PlayerUnknown’s Battlegrounds” oyununun fəsadları ilə bağlı araşdırmalar açıqlanıb. Telefonlara yönəldilən PUBG oyununun uşaqlara təsirinin aşağıdakılar olduğu üzə çıxıb.
1.Dərslərə olan marağın tamamən sıfıra enməsi;
2.Ailə üzvləri ilə kobud və aqressiyalı rəftar;
3.Məktəbdə tez-tez davalar;
4.Yuxusuzluq;
5.Daimi əsəbi olmaq;
6.Sosial məkanlara kinoya, parkda gəzməyə, açıq havada olmağa marağın olmaması;
7.Bulimiya - fikrin ən çox yeməkdə və əsasən də fast-food yeməklərində olması;
8.Pula marağın yaranması;
9.Məqsədsizlik;
10.Özünü yekə insan kimi aparması.
Psixoloqlar bəyan edib ki, aqressivliyin uşaqlara mənfi təsirləri çoxdur. Hətta xarici KİV-də "PUBG" oyunlarının ölümə səbəb olduğuna dair xəbərlər var. 2019-cu ildə Pradeş bölgəsində 16 yaşlı Furkan Kureyşi “PUBG” olaraq tanınan “PlayerUnknown’s Battlegrounds” adlı oyunu 6 saat dayanmadan oynadıqdan sonra infarkt keçirib. Atası Harun Reşid Kureyşi açıqlamasında “Furkan yemək yedikdən dərhal sonra oyun oynamağa başladı və 6 saat davam etdi. Oyun zamanı çox əsəbi idi və digər oyunçuların üstünə qışqırırdı” deyib.
O, huşunu itirdikdən dərhal sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həkim verdiyi açıqlamada “xəstəxanaya gətirildiyi zaman nəbzi yox idi. Elektrik şoku ilə geri gətirməyə çalışdıq, lakin olmadı. Oyunun həyəcanı adrenalin artımına səbəb olub. Uşaqları belə oyunlardan uzaq tutmaq lazımdır”, – deyə qeyd edib.
Həmçinin oxuyun:
Azərbaycanda qumar oyunları: Cəriməsi həzzindən betər
Evdə qumar oynayıb, karantin qaydalarını pozdular
Xəbər lenti
0