CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç böyük dahinin yubileyi münasibətilə poçt markası buraxılıb - FOTO

© Photo : Ministry of Digital Development and Transport (Azerbaijan)Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı poçt markası
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı poçt markası - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Beş min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.
BAKI, 16 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC tərəfindən türk dünyasının üç tanınmış aşığı – Azərbaycan aşıq sənətindən ilklərə imza atan Aşıq Ələsgər, qazax şairi Jambıl Jabayev və türk dünyasının böyük şairi, İslamın bir qolu olan sufizmin davamçısı olan Yunus Emrenin yubiley tarixləri ilə əlaqədar poçt markası dövriyyəyə buraxılıb.
© Photo : Ministry of Digital Development and Transport (Azerbaijan)Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı poçt markası
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı poçt markası - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı poçt markası
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, markanın üzərində hər üç aşığın portreti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun loqosu təsvir olunub. 5 min tirajla çap olunan markanın rəssam-dizayneri Orxan Qarayevdir.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi hazırlanıb.
Qeyd edək ki, marka Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi əsasında çap edilib.
Xəbər lenti
0