Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtləri güllələyərək öldürən şəxs saxlanılıb

© AFP 2023 / PHILIPPE HUGUENQandal
Qandal - Sputnik Azərbaycan, 1920, 16.12.2021
Abunə olmaq
Saxlanılan şəxsin hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi maddi sübut kimi götürülüb.
BAKI, 16 dekabr — Sputnik. Bərdə rayonunda itləri güllələyərək öldürən şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bu yaxınlarda polis əməkdaşları Göygöldə itləri döyüşdürərək pul qazanan şəxsləri saxlamışdılar. Sosial şəbəkələrdə yayılan görüntülərin izi ilə it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul alırmışlar.
Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Xəbər lenti
0