https://sputnik.az/20211216/mecburi-kockunlerin-bos-qalan-menzillerini-nazirlik-satacaq---bes-pulu-437307828.html
Məcburi köçkünlərin boş qalan mənzillərini nazirlik satacaq - Bəs pulu?
Məcburi köçkünlərin boş qalan mənzillərini nazirlik satacaq - Bəs pulu?
Sputnik Azərbaycan
Bakı, Abşeron, Lənkəran və Samuxdakı hazır, Kürdəxanıda və Abşeronda inşası davam edən binalardakı istifadəsiz qalan mənzillər satılacaq
2021-12-16T17:55+0400
2021-12-16T17:55+0400
2021-12-16T17:55+0400
cəmiyyət
prezident ilham əliyev
mənzil
nazirlik
əəsmn
məcburi köçkünlər
fərman
satılmaq
https://cdnn1.img.sputnik.az/img/42257/05/422570548_0:712:2375:2048_1920x0_80_0_0_d8fea0274ed08dcd8d3954df47d1fa8b.jpg
BAKI, 16 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi satacaq.Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün, dekabrın 16-da imzaladığı "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Fərmana uyğun həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Prezidentinə təqdim ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42257/05/422570548_0:590:1945:2048_1920x0_80_0_0_12d9eb7172e3bce4df294490952fc2d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məcburi köçkünlər boş qalan mənzillər əəsmn nazirlik satacaq - bəs pulu
məcburi köçkünlər boş qalan mənzillər əəsmn nazirlik satacaq - bəs pulu
Məcburi köçkünlərin boş qalan mənzillərini nazirlik satacaq - Bəs pulu?
Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin sayından artıq olduqda həyata keçiriləcək.
BAKI, 16 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi satacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün, dekabrın 16-da imzaladığı "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Fərmana uyğun həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.
Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.
Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Prezidentinə təqdim ediləcək.