https://sputnik.az/20211216/catbotlar-ve-5g-ile-novbeti-bes-il-oten-elli-ilden-daha-suretli-olacaq-437265160.html
Çatbotlar və 5G ilə növbəti beş il ötən əlli ildən daha sürətli olacaq
Çatbotlar və 5G ilə növbəti beş il ötən əlli ildən daha sürətli olacaq
Sputnik Azərbaycan
Avropada istifadəçilərin 71 faizi smartfonla onlayn ödənişlərini, bir çox işlərini həyata keçirirlər. 16.12.2021, Sputnik Azərbaycan
2021-12-16T08:49+0400
2021-12-16T08:49+0400
2021-12-16T08:49+0400
il
elm
hi-tech
rəqəmsal
mərkəzi bank
azərbaycan mərkəzi bankı
elektron
5g texnologiyası
https://cdnn1.img.sputnik.az/img/42434/14/424341409_0:94:3072:1822_1920x0_80_0_0_72f561bc3b326847b09a29149fd9ecb8.jpg
BAKI, 16 dekabr — Sputnik. Növbəti 5 ildə bizi ötən 50 ildən daha çox yeniliklər gözləyir. Artıq bir telefon vasitəsilə demək olar ki, işlərimizin əksəriyyətini həyata keçirə bilirik.Sputnik Azərbaycan-ın xəbərinə görə, Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün keçirilən onlayn təlimdə “Mastercard”ın Türkiyədə biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.O bildirib ki, 5G vasitəsilə dünya daha sürətli olacaq. M.Perköz deyib ki, Avropada istifadəçilərin 71 faizi smartfonla onlayn ödənişlərini, bir çox işlərini həyata keçirirlər.O, çatbotlar (söhbət robotu) haqda danışıb, bildirib ki, istifadəçilərin 79 faizi çatbot vasitəsilə verilən suallarının zamanında cavablandırıldığını vurğulayıb. Mütəxəssis sosial şəbəkələr vasitəsi ilə də ödənişlərin mümkünlüyündən bəhs edib.Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova isə bildirib ki, növbəti ildə Azərbaycanda nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılması hədəflənir. K.Qurbanovanın sözlərinə görə, COVID-19 pandemiyasında dünya və Azərbaycanda nağdsız ödənişlər, xüsusilə elektron ticarətdə ödənişlərin həcmi artıb.5G nədirXatırladaq ki, 5G 5-ci nəsil kabelsiz mobil texnologiyadır. 5G texnologiyasının tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 giqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Giqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.ChatBot nədirÇatbot (ChatBot) süni intellekt proqramı olub, interaktiv insan danışıq simulyasiyası yaradır. Bu süni söhbət simulyasiyası əvvəlcədən hesablanmış istifadəçi ifadələri, audio və mətn əsaslı siqnallardan istifadə edir.Çatbotlar sadə müştəri xidmətləri və marketinq üçün daha çox istifadə olunur. Onlar müştəri sorğularını ani mesajla cavablayır və sosial netvörkinq mərkəzlərinə yönləndirir. Eyni zamanda əməliyyat sistemlərində ağıllı virtual asistentlar şəklində mövcud olurlar.Çatbotlar həm də süni danışıq canlısı (ACE-artifical intelligence entity), çatrobot, danışıq botu(chat bot), çatlaşma botu(chatter bot), çatlaşma qutusu(chatterbox) kimi də tanınır.1950-ci ildə Alan Türinq aşkarlana bilməyən insan davranışı və aktivliyi simulyasiyası üçün Türinq zəka testini kriteriya seti kimi təklif etdi. Türinq testi ELİZA proqramına böyük maraq yaratmışdı. Proqram insanları inandıra bilmişdi ki, onların yazışdığı real insandır.Müasir çatbotlar limitli cavablara ehtiyac olan sadə interaktiv söhbətlərdə istifadə olunur. Onlar müştəri xidməti, marketinq proqramlarında bəzi mövzular, məsələn, məhsullar, xidmətlər, şirkət siyasəti haqqında verilən sualları cavablandırmaq üçün istifadə olunur. Əgər çatbotlar müştərinin sualını cavablandıra bilmirsə, müştərilər operatora yönləndirilir.Çatbotlar tez- tez onlayn və mesajlaşma proqramlarında istifadə olunur. Hazırda Apple Siri-ni, Windows Cortana-nı virtual zəka asistenti kimi istifadə edir. Müəyyən məqsədlə istifadə olunan çatbotların sayı artmaqdadır, məsələn, Amazonun Alexa-sı kimi. Bu çatbotlar istifadəçinin istəklərinə əsaslanaraq geniş və müxtəlif funksiyalar həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/14/424341409_341:0:3072:2048_1920x0_80_0_0_a4a426742ba1c0946ba94013bfc2b0bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
5 ildə bizi ötən 50 ildən daha çox yeniliklər gözləyir
5 ildə bizi ötən 50 ildən daha çox yeniliklər gözləyir
Çatbotlar və 5G ilə növbəti beş il ötən əlli ildən daha sürətli olacaq
Avropada istifadəçilərin 71 faizi smartfonla onlayn ödənişlərini, bir çox işlərini həyata keçirirlər.
BAKI, 16 dekabr — Sputnik. Növbəti 5 ildə bizi ötən 50 ildən daha çox yeniliklər gözləyir. Artıq bir telefon vasitəsilə demək olar ki, işlərimizin əksəriyyətini həyata keçirə bilirik.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün keçirilən onlayn təlimdə “Mastercard”ın Türkiyədə biznesin inkişafı üzrə direktoru Mithat Perköz deyib.
O bildirib ki, 5G vasitəsilə dünya daha sürətli olacaq. M.Perköz deyib ki, Avropada istifadəçilərin 71 faizi smartfonla onlayn ödənişlərini, bir çox işlərini həyata keçirirlər.
O, çatbotlar (söhbət robotu) haqda danışıb, bildirib ki, istifadəçilərin 79 faizi çatbot vasitəsilə verilən suallarının zamanında cavablandırıldığını vurğulayıb. Mütəxəssis sosial şəbəkələr vasitəsi ilə də ödənişlərin mümkünlüyündən bəhs edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova isə bildirib ki, növbəti ildə Azərbaycanda nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılması hədəflənir. K.Qurbanovanın sözlərinə görə, COVID-19 pandemiyasında dünya və Azərbaycanda nağdsız ödənişlər, xüsusilə elektron ticarətdə ödənişlərin həcmi artıb.
Xatırladaq ki, 5G 5-ci nəsil kabelsiz mobil texnologiyadır. 5G texnologiyasının tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 giqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Giqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.
Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.
Çatbot (ChatBot) süni intellekt proqramı olub, interaktiv insan danışıq simulyasiyası yaradır. Bu süni söhbət simulyasiyası əvvəlcədən hesablanmış istifadəçi ifadələri, audio və mətn əsaslı siqnallardan istifadə edir.
Çatbotlar sadə müştəri xidmətləri və marketinq üçün daha çox istifadə olunur. Onlar müştəri sorğularını ani mesajla cavablayır və sosial netvörkinq mərkəzlərinə yönləndirir. Eyni zamanda əməliyyat sistemlərində ağıllı virtual asistentlar şəklində mövcud olurlar.
Çatbotlar həm də süni danışıq canlısı (ACE-artifical intelligence entity), çatrobot, danışıq botu(chat bot), çatlaşma botu(chatter bot), çatlaşma qutusu(chatterbox) kimi də tanınır.
1950-ci ildə Alan Türinq aşkarlana bilməyən insan davranışı və aktivliyi simulyasiyası üçün Türinq zəka testini kriteriya seti kimi təklif etdi. Türinq testi ELİZA proqramına böyük maraq yaratmışdı. Proqram insanları inandıra bilmişdi ki, onların yazışdığı real insandır.
Müasir çatbotlar limitli cavablara ehtiyac olan sadə interaktiv söhbətlərdə istifadə olunur. Onlar müştəri xidməti, marketinq proqramlarında bəzi mövzular, məsələn, məhsullar, xidmətlər, şirkət siyasəti haqqında verilən sualları cavablandırmaq üçün istifadə olunur. Əgər çatbotlar müştərinin sualını cavablandıra bilmirsə, müştərilər operatora yönləndirilir.
Çatbotlar tez- tez onlayn və mesajlaşma proqramlarında istifadə olunur. Hazırda Apple Siri-ni, Windows Cortana-nı virtual zəka asistenti kimi istifadə edir. Müəyyən məqsədlə istifadə olunan çatbotların sayı artmaqdadır, məsələn, Amazonun Alexa-sı kimi. Bu çatbotlar istifadəçinin istəklərinə əsaslanaraq geniş və müxtəlif funksiyalar həyata keçirir.