https://sputnik.az/20211211/yanacaq-ceninde-naxcivandan-belcikaya-narkotik-aparmaq-isteyen-tacir-ele-kecdi-437171099.html
Yanacaq çənində Naxçıvandan Belçikaya narkotik aparmaq istəyən tacir ələ keçdi
Yanacaq çənində Naxçıvandan Belçikaya narkotik aparmaq istəyən tacir ələ keçdi
Sputnik Azərbaycan
Naxçıvanda və paytaxtın Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi... 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T21:56+0400
2021-12-11T21:56+0400
2021-12-11T21:56+0400
qandal
cəmiyyət
narkotik
narkotik maddə
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 11 dekabr — Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən əməliyyat həyata keçirilib.Sputnik Azərbaycan Naxçıvan Gömrük Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36-AA-961 dövlət nömrə nişanlı "Scania" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.Gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub.Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.Bundan başqa, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib. Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib. Səbail Rayon Polis İdarəsində saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qandal, narkotik, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
qandal, narkotik, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
Yanacaq çənində Naxçıvandan Belçikaya narkotik aparmaq istəyən tacir ələ keçdi
Naxçıvanda və paytaxtın Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
BAKI, 11 dekabr — Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən əməliyyat həyata keçirilib.
Sputnik Azərbaycan Naxçıvan Gömrük Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36-AA-961 dövlət nömrə nişanlı "Scania" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.
Gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub.
Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Bundan başqa, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.
Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail Rayon Polis İdarəsində saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.