FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Baba ilə nəvənin həlak olduğu evdən dəhşət saçan kadrlar

Abunə olmaq
Masallıda yeddi nəfərlik ailənin yaşadığı ikimərtəbəli evin yanması nəticəsində baba ilə nəvəsi həlak olublar.
BAKI, 16 dekabr — Sputnik. Masall rayonunun Güllütəpə kəndində ikimərətəbəli fərdi yaşayış evinin yanması nəticəsində evdə olan baba və nəvəsi yanaraq ölüblər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, yanğın Nəzərovlar ailəsinə məxsus 7 nəfərin yaşadığı evdə baş verib.
© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
1/11

Masallı rayonunda yanmış ev.

© Sputnik / Rahim Muradov

Evin ümumi sahəsi 300 m² olub.

Evin ümumi sahəsi 300 m² olub. - Sputnik Azərbaycan
2/11

Evin ümumi sahəsi 300 m² olub.

© Sputnik / Rahim Muradov

Yaxınlarda təmir olunmuş evdən əsər-əlamət qalmayıb.

Yaxınlarda təmir olunmuş evdən əsər-əlamət qalmayıb. - Sputnik Azərbaycan
3/11

Yaxınlarda təmir olunmuş evdən əsər-əlamət qalmayıb.

© Sputnik / Rahim Muradov

Ancaq quru divarlar qalıb.

Ancaq quru divarlar qalıb. - Sputnik Azərbaycan
4/11

Ancaq quru divarlar qalıb.

© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
5/11

Masallı rayonunda yanmış ev.

© Sputnik / Rahim Muradov

Hadisə hal-hazırda araşdırlır.

Hadisə hal-hazırda araşdırlır. - Sputnik Azərbaycan
6/11

Hadisə hal-hazırda araşdırlır.

© Sputnik / Rahim Muradov

Yanğın zamanı ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər.

Yanğın zamanı ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər. - Sputnik Azərbaycan
7/11

Yanğın zamanı ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər.

© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
8/11

Masallı rayonunda yanmış ev.

© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
9/11

Masallı rayonunda yanmış ev.

© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
10/11

Masallı rayonunda yanmış ev.

© Sputnik / Rahim Muradov

Masallı rayonunda yanmış ev.

Masallı rayonunda yanmış ev. - Sputnik Azərbaycan
11/11

Masallı rayonunda yanmış ev.

Ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beş otaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb.
Dəhşətli olayda ev sahibi, 59 yaşlı Allahverən Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Nəzərov yanaraq ölüblər.
"Şəhidə həsr olunmuş tədbirdə idim, zəng gəldi ki, “qardaşın yandı”. Sözün düzü, başa düşmədim", - yanğın zamanı ölən A.Nəzərovun qardaşı İsmayıl Nəzərov bildirdi.
"Gəlib gördüm ki, evdən əsər-əlamət qalmayıb, hamısı yanıb kül olub. Evin içərisində olan bütün əşyalar yanıb. Ağlımıza gəlmir ki, bu nədən ola bilər? Ev də təzə təmir olunmuşdu. Bu dəqiqə şokdayam. Hansı səbəbdən yandığı barədə heç bir məlumatımız yoxdur. Hal-hazırda araşdırırlar, biz də xəbərdar olarıq.”
Mərhum Allahverən Nəzərovun oğlu və Rövşən Nəzərovun atası Elşən Nəzərov hadisə baş verən zaman Lənkərana xəstə apardığını dedi: “Gəldim gördüm, iş-işdən keçib. Atam yuxarıda yatmışdı, uşaqlar aşağıda idilər. Oğlan yuxarı çıxıb ki, babasını oyatsın. Ona səslənib, sonra bu biri otağa keçib. Atam da elə bilib, uşaq aşağıdadır, aşağıda ona deyiblər ki, uşaq yoxdur. O da yuxarı çıxandan sonra bilmirəm nə olub. Mənə belə dedilər. Mənim indi bu dəqiqə heç nəyim yoxdur. Mənim bir atam var idi, balam var idi, onlar da həyatda yoxdurlar. Bu həyat indi mənim üçün heç nədir”.
Nəzərovların yaxın qohumu Gülhəsən Yüzbaşov yanğın yerinə gəlib qohumlarına kömək etməyə cəhd edib: “Nərdivanı qoyub ikinci mərtəbəyə qalxdım ki, eyvandan içəri girim. Alovun gücündən içəri girmək mümkün deyildi. Ani sürətdə bir də gördüm dam uçdu. Sonra başqa tərəfdən girmək üçün qapını təpiklə açdım, amma bir xeyri olmadı.
Rəhmətlik Allahverənə 1-ci mərtəbədə deyiblər ki, uşaq yuxarıda qalıb. Kişi qaçıb ikinci mərtəbəyə, heç uşağın otağına çatmamış yerə yıxılıb, yanıb. Uşaq da sağ tərəfdəki 1-ci otaqda olub".
Qeyd edək ki, hazırda yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar aparılır.
Xəbər lenti
0