https://sputnik.az/20211216/azerbaycanin-caz-allahinin-evi---video-437297788.html
"Azərbaycanın caz Allahı"nın evi - Video
"Azərbaycanın caz Allahı"nın evi - Video
Sputnik Azərbaycan
Vaqif Mustafazadənin ev muzeyindən görüntüləri ətraflı Sputnik Azərbaycan-nın videosunda izləyə bilərsiniz. 16.12.2021, Sputnik Azərbaycan
2021-12-16T13:45+0400
2021-12-16T13:45+0400
2021-12-16T13:45+0400
video
vaqif mustafazadə
ev
muzey
allah
caz
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437297714_0:0:3073:1728_1920x0_80_0_0_ef2035e58a5211bcd4cc729c02d6e00d.jpg
Vaqif Mustafazadə əsl sənətkar ömrü yaşadı: çətin və maneələrlə dolu... O, həqiqətən də caz dünyasının ən sadiq və bənzərsiz cəngavərlərindən idi. Sağlığında layiq olduğu qiyməti almasa da, indi bunun əvəzi tam şəkildə ödənilir.Azərbaycanın caz sənətindən söz düşəndə ilk növbədə o yada düşür. Bütün çətinliklərə rəğmən XX əsr milli musiqimizə tamamilə yeni ruh və abu-hava gətirdi. Söhbət əfsanəvi cazmen Vaqif Mustafazadədən gedir. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olub. Biz də Vaqifi anmaq üçün yollandıq onun xatirələri ilə dolu ev muzeyinə.Vaqif Mustafazadənin ev muzeyinin direktoru, eyni zamanda Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri və cazmenin dayısı qızı Afaq Əliyeva Sputnik Azərbaycan-a nəhəng musiqiçinin ev muzeyinin yaranması tarixindən danışıb:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437297714_124:0:2855:2048_1920x0_80_0_0_4869e328219946e0999f0e5433186e1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaqif mustafazadə, видео, ev, muzey, allah, caz
vaqif mustafazadə, видео, ev, muzey, allah, caz
"Azərbaycanın caz Allahı"nın evi - Video
Vaqif Mustafazadənin ev muzeyindən görüntüləri ətraflı Sputnik Azərbaycan-nın videosunda izləyə bilərsiniz.
Vaqif Mustafazadə əsl sənətkar ömrü yaşadı: çətin və maneələrlə dolu... O, həqiqətən də caz dünyasının ən sadiq və bənzərsiz cəngavərlərindən idi. Sağlığında layiq olduğu qiyməti almasa da, indi bunun əvəzi tam şəkildə ödənilir.
Azərbaycanın caz sənətindən söz düşəndə ilk növbədə o yada düşür. Bütün çətinliklərə rəğmən XX əsr milli musiqimizə tamamilə yeni ruh və abu-hava gətirdi. Söhbət əfsanəvi cazmen Vaqif Mustafazadədən gedir. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olub. Biz də Vaqifi anmaq üçün yollandıq onun xatirələri ilə dolu ev muzeyinə.
Vaqif Mustafazadənin ev muzeyinin direktoru, eyni zamanda Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri və cazmenin dayısı qızı Afaq Əliyeva Sputnik Azərbaycan-a nəhəng musiqiçinin ev muzeyinin yaranması tarixindən danışıb:
"1979-cu ildə Vaqif Mustafazadə vəfat edəndən sonra onun anası Zivər xanım yeganə oğlunun ev muzeyinin yaradılması üçün o dövrkü aidiyyatı qurumlara müraciət edib. Zivər xanıma Polad Bülbüloğlu dəstək olub və 1989-cu ildə Vaqif Mustafazadənin memorial muzeyi açılıb. Əvvəllər evin bir hissəsi yaşayış binası kimi istifadə olunub. Sonradan o insanları başqa yerə köçürdülər. Zivər xanım həmin evin müdiri oldu. Muzeydə gördüyünüz eksponatların böyük bir hissəsini Zivər xanım toplayıb. O, hər ilin dekabr və mart aylarının 16-da bu muzeydə onunla bağlı tədbirlər təşkil edirdi".