Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xarici İşlər Nazirliyinin sabiq vəzifəli şəxsləri üçün sərt cəza istənildi

© AFP 2024 / THOMAS COEXMəhkəmədə iclas zalı
Məhkəmədə iclas zalı - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığının ləğv edilərək məhkəmə zalında həbs olunmalarını tələb edib.
BAKI, 15 dekabr — Sputnik. Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror cinayət işində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Eləcə də oxuyun:
* Hərbi hissə rəhbərliyindən pul tələb edən "reket"lərin başı cəncəldə
* Xəstəxananın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
* Sabiq nazirin həbs müddəti uzadıldı
Xəbər lenti
0