https://sputnik.az/20211215/virtual-lotereyaya-dair-telebler-mueyyenlesir-437277345.html
Virtual lotereyaya dair tələblər müəyyənləşir
Virtual lotereyaya dair tələblər müəyyənləşir
Sputnik Azərbaycan
Layihəyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata... 15.12.2021, Sputnik Azərbaycan
2021-12-15T19:20+0400
2021-12-15T19:20+0400
2021-12-15T19:55+0400
lotereya
elm
hi-tech
virtual
https://cdnn1.img.sputnik.az/img/41335/95/413359587_0:98:1920:1178_1920x0_80_0_0_da8b2a3de5054890dc76c4cd628470c4.jpg
BAKI, 15 dekabr — Sputnik. “Lotereyalar haqqında” qanuna “virtual lotereya” anlayışının daxil edilməsi təklif olunur.Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, layihəyə əsasən, virtual lotereya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və ya mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və ya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.Virtual mühit lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan texnologiyalardır.Bununla əlaqədar elektron lotereyanın təsnifatı da dəyişir. Qüvvədə olan qanuna görə, elektron lotereya lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır. Layihəyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata keçirilən lotereya olacaq.Qeyd edək ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna da müvafiq dəyişiklik təklif olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41335/95/413359587_349:0:1920:1178_1920x0_80_0_0_497f00f85a386368e4b4d428a373926b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lotereya qanun virtual
Virtual lotereyaya dair tələblər müəyyənləşir
19:20 15.12.2021 (Yenilənib: 19:55 15.12.2021) Layihəyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata keçirilən lotereya olacaq.
BAKI, 15 dekabr — Sputnik. “Lotereyalar haqqında” qanuna “virtual lotereya” anlayışının daxil edilməsi təklif olunur.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, layihəyə əsasən, virtual lotereya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və ya mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və ya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.
Virtual mühit lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan texnologiyalardır.
Bununla əlaqədar elektron lotereyanın təsnifatı da dəyişir. Qüvvədə olan qanuna görə, elektron lotereya lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır. Layihəyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata keçirilən lotereya olacaq.
Qeyd edək ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna da müvafiq dəyişiklik təklif olunur.