https://sputnik.az/20211215/sosial-sebeke-instagramdan-ne-qeder-azerbaycanli-istifade-edir-437269613.html
Sosial şəbəkə: Instagramdan nə qədər azərbaycanlı istifadə edir?
Sosial şəbəkə: Instagramdan nə qədər azərbaycanlı istifadə edir?
Sputnik Azərbaycan
Azərbaycanda Instagram istifadəçilərinin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarətdir. 15.12.2021, Sputnik Azərbaycan
2021-12-15T23:39+0400
2021-12-15T23:39+0400
2021-12-15T23:39+0400
instaqram
cəmiyyət
sosial şəbəkə
twitter
"vkontakte"
linkedln
twitter statusu
"facebook" sosial şəbəkəsi
sosial şəbəkə istifadəçiləri
"whatsapp"
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437269580_0:317:3079:2048_1920x0_80_0_0_ddbe21c0d763c43d726fcc7757857b3a.jpg
BAKI, 15 dekabr — Sputnik. Bu ilin noyabr ayında Azərbaycanda Instagram sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.Sputnik Azərbaycan-ın "APA-Economics"-ə istinadən məlumatına görə, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv İnstaqram istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411400 nəfərlə liderlik edir.Qeyd edək ki, hazırda dünya üzrə aktiv Instagram istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.Xatırladaq ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708400 nəfər artıb.Azərbaycanlıların neçə faizi sosial şəbəkədən istifadə edir"We are social" platformasının bu ilin aprelində yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:"Whatsapp" 92,2%;"Facebook" 87,9%;"Instagram" 76,4%;"Telegram" 60,3%;"Twitter" 23,3%;"TikTok" 18,6%;"LinkedIn" 12,7%;"VKontakte" 5,8%;"Odnoklassniki" 4,8%.İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.Sorğu iştirakçılarının 58,1%-nin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.Həmçinin oxuyun:Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437269580_82:0:2813:2048_1920x0_80_0_0_ecbdbb4ba5a23744dfa8efaf47c45b29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
instaqram, sosial şəbəkə, twitter, "vkontakte", linkedln, twitter statusu, "facebook" sosial şəbəkəsi, sosial şəbəkə istifadəçiləri, "whatsapp", telegram, whatsapp, tiktok, internet
instaqram, sosial şəbəkə, twitter, "vkontakte", linkedln, twitter statusu, "facebook" sosial şəbəkəsi, sosial şəbəkə istifadəçiləri, "whatsapp", telegram, whatsapp, tiktok, internet
Sosial şəbəkə: Instagramdan nə qədər azərbaycanlı istifadə edir?
Azərbaycanda Instagram istifadəçilərinin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarətdir.
BAKI, 15 dekabr — Sputnik. Bu ilin noyabr ayında Azərbaycanda Instagram sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.
Sputnik Azərbaycan-ın "APA-Economics"-ə istinadən məlumatına görə, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv İnstaqram istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.
İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1588600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411400 nəfərlə liderlik edir.
Qeyd edək ki, hazırda dünya üzrə aktiv Instagram istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.
Xatırladaq ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708400 nəfər artıb.
Azərbaycanlıların neçə faizi sosial şəbəkədən istifadə edir
"We are social" platformasının bu ilin aprelində yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.
İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.
Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:
İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.
Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.
Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.
Sorğu iştirakçılarının 58,1%-nin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.