https://sputnik.az/20211215/ranla-nuve-danisiqlarinda-yolun-sonu-gorunur-437272219.html
İranla nüvə danışıqlarında yolun sonu görünür
İranla nüvə danışıqlarında yolun sonu görünür
Sputnik Azərbaycan
Fransanın BMT-dəki səfiri Nikolas De Riviere nüvə danışıqlarında İranın ioki yolunun olduğunu deyib. 15.12.2021, Sputnik Azərbaycan
2021-12-15T16:23+0400
2021-12-15T16:23+0400
2021-12-15T16:23+0400
iran
dünya xəbərləri
danışıqlar
yol
nüvə müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_0:161:3070:1888_1920x0_80_0_0_1999e8e9dce7aed5181c6a2a5888a6df.jpg
BAKI, 15 dekabr — Sputnik. İranla 2015-ci ildə bağlanmış nüvə sazişini canlandırmaq üçün qapı hələlik açıqdır, lakin İranın nüvə sahəsində irəliləyişləri ilə pozulan paktı canlandırmaq üçün "sürətlə yolun sonuna çatırıq". Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, bunu Fransanın BMT-dəki səfiri Nikolas De Riviere bildirib."İranın nüvə proqramını intensivləşdirməsinə görə altılıq ölkələri ilə İran arasında qəbul edilmiş hərtərəfli fəaliyyət proqramının məhv olacağı nöqtəyə yaxınlaşırıq", - deyən Nikolas De Riviere bildirib ki, İran iki seçim etməlidir. "Onlar ya hərtərəfli fəaliyyət proqramının məhv olmasını, ya da ədalətli və hərtərəfli razılaşmanı seçməlidirlər. İranın nüvə fəaliyyətini davam etdirməsi ilə biz sürətlə yolun sonuna çatırıq. İranın nüvə proqramını inkişaf etdirməsi heç vaxt bu səviyyədə yüksək olmayıb. Bu nüvə fəaliyyəti beynəlxalq təhlükəsizliyi və sülhü təhdid edir".İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 14-ü axşam saatlarında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əldə olunan razılaşmanı təsdiqləyib. Qeyd olunur ki, saziş İran MAQATE arasında sıx əməkdaşlığa təkan verəcək.Qeyd edək ki, İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.2018-ci ildə ABŞ Prezidenti Donald Trump administrasiyası sazişi tərk edərək İrana qarşı sanksiyaları bərpa edib.Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_339:0:3070:2048_1920x0_80_0_0_b3d5194c2bf07c2aca7e48ec6891fc4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran nüvə danışıqları yolun sonu görünür
iran nüvə danışıqları yolun sonu görünür
İranla nüvə danışıqlarında yolun sonu görünür
Fransanın BMT-dəki səfiri Nikolas De Riviere nüvə danışıqlarında İranın ioki yolunun olduğunu deyib.
BAKI, 15 dekabr — Sputnik. İranla 2015-ci ildə bağlanmış nüvə sazişini canlandırmaq üçün qapı hələlik açıqdır, lakin İranın nüvə sahəsində irəliləyişləri ilə pozulan paktı canlandırmaq üçün "sürətlə yolun sonuna çatırıq".
Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, bunu Fransanın BMT-dəki səfiri Nikolas De Riviere bildirib.
"İranın nüvə proqramını intensivləşdirməsinə görə altılıq ölkələri ilə İran arasında qəbul edilmiş hərtərəfli fəaliyyət proqramının məhv olacağı nöqtəyə yaxınlaşırıq", - deyən Nikolas De Riviere bildirib ki, İran iki seçim etməlidir.
"Onlar ya hərtərəfli fəaliyyət proqramının məhv olmasını, ya da ədalətli və hərtərəfli razılaşmanı seçməlidirlər. İranın nüvə fəaliyyətini davam etdirməsi ilə biz sürətlə yolun sonuna çatırıq. İranın nüvə proqramını inkişaf etdirməsi heç vaxt bu səviyyədə yüksək olmayıb. Bu nüvə fəaliyyəti beynəlxalq təhlükəsizliyi və sülhü təhdid edir".
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 14-ü axşam saatlarında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əldə olunan razılaşmanı təsdiqləyib. Qeyd olunur ki, saziş İran MAQATE arasında sıx əməkdaşlığa təkan verəcək.
Qeyd edək ki, İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.
2018-ci ildə ABŞ Prezidenti Donald Trump administrasiyası sazişi tərk edərək İrana qarşı sanksiyaları bərpa edib.
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.