https://sputnik.az/20211215/cbari-tibbi-sigorta-ile-bagli-gonderislerde-yenilikler-437235550.html
İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər
İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər
Sputnik Azərbaycan
Vətəndaşlardan bəzi tibb müəssisələrində ambulator tibbi xidmət və müayinələr üçün göndəriş vərəqəsi tələb olunmayacaq
2021-12-15T10:17+0400
2021-12-15T10:17+0400
2021-12-15T10:17+0400
icbari tibbi sığorta
səhiyyə
yenilik
https://cdnn1.img.sputnik.az/img/42329/60/423296006_0:161:3071:1888_1920x0_80_0_0_20b62a99a714b59be0070d52340053de.jpg
BAKI, 15 dekabr — Sputnik. "İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq".Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.Şöbə müdiri bildirib ki, bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq: "Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək".O deyib ki, stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasında planlı yatış xidmətindən istifadə mümkün olur. Bundan savayı, başqa dəyişikliklər nəzərdə tutulmayıb."Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub-olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək", - deyə Arif Əkbərov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42329/60/423296006_170:0:2901:2048_1920x0_80_0_0_c4e1c6e61ee13d6654d6f9b4530e48d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icbari tibbi sığorta ilə özəl xəstəxana gedənlər diqqət
icbari tibbi sığorta ilə özəl xəstəxana gedənlər diqqət
İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər
Şöbə müdiri göndəriş vərəqəsinin hansı halda tələb olunacağını açıqlayıb.
BAKI, 15 dekabr — Sputnik. "İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün verilən göndərişlərdə yeniliklər olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri
Arif Əkbərov deyib.
Şöbə müdiri bildirib ki, bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq: "Müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək".
O deyib ki, stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasında planlı yatış xidmətindən istifadə mümkün olur. Bundan savayı, başqa dəyişikliklər nəzərdə tutulmayıb.
"Digər yenilik odur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, xidmətlər zərfinə daxil olub-olmaması araşdırılır. Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmətin dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş birbaşa özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək", - deyə Arif Əkbərov bildirib.