https://sputnik.az/20211215/baki-ve-abseronda-yeni-il-yarmarkalarinin-unvanlari-aciqlanib-437272690.html
Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları açıqlanıb
Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları açıqlanıb
Sputnik Azərbaycan
Bakı və Abşeron ərazisində üç yerdə təşkil olunacaq "Kənddən Şəhərə" Yeni il yarmarkası iki gün davam edəcək. 15.12.2021, Sputnik Azərbaycan
2021-12-15T15:59+0400
2021-12-15T15:59+0400
2021-12-15T16:04+0400
cəmiyyət
yarmarka
bakı
abşeron
yeni il
abşeron yarımadası
ünvan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777902_0:147:3071:1874_1920x0_80_0_0_1e028f130d2e575300dd02c0e8966d46.jpg
BAKI, 15 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır."Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A."Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.Xatırladaq ki, artıq bir neçə ildir ki, bu cür yarmarkalar keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777902_154:0:2883:2047_1920x0_80_0_0_4d21d113ac697c61d7ec75aee4bc810a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı və abşeronda yeni il yarmarkalarının ünvanları
bakı və abşeronda yeni il yarmarkalarının ünvanları
Bakı və Abşeronda Yeni il yarmarkalarının ünvanları açıqlanıb
15:59 15.12.2021 (Yenilənib: 16:04 15.12.2021) Bakı və Abşeron ərazisində üç yerdə təşkil olunacaq "Kənddən Şəhərə" Yeni il yarmarkası iki gün davam edəcək.
BAKI, 15 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
"Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçiriləcək:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
"Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçiriləcək. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
Qeyd edək ki, "Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstəriləcək.
Xatırladaq ki, artıq bir neçə ildir ki, bu cür yarmarkalar keçirilir.