Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Avstriyalı mütəxəssislər azərbaycanlı xilasediciləri öyrədib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Xəbərlərə abunə olun
FHN-in xilasedicilərinə mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi, ilkin yardımla bağlı bilik və bacarıqlarının artırılması məqsədilə təlim keçilib.
BAKI, 15 dekabr — Sputnik. 11-19 dekabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilir.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim - Sputnik Azərbaycan, 1920, 15.12.2021
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlim FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.
Təlimə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsi heyəti və xüsusi texnikası, təlim görmüş itlər cəlb edilib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim - Sputnik Azərbaycan, 1920, 15.12.2021
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.
Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə Fövqəladə Hallar Nazirliyinin yeni aldığı qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim - Sputnik Azərbaycan, 1920, 15.12.2021
FHN-in xilasediciləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə xüsusi təlim
Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.
Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала