DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın BƏƏ ilə 23 milyardlıq silah razılaşması sual altındadır

© Robin VAN LONKHUIJSEN / ANP / AFPF-35 qırıcısı, arxiv şəkli
F-35 qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
“Wall Street Journal” yazır ki, BƏƏ və ABŞ rəsmiləri Vaşinqtonun F-35-lə bağlı danışıqları dayandırdığını açıqlayıb.
BAKI, 15 dekabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin istifadə şərtlərini əsas gətirərək ABŞ-la imzaladığı F-35 və digər silah müqavilələrindən çəkiləcəyi iddia edilir. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, yayılan iddialara münasibət bildirən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi son istifadəçi şərtlərinin müzakirə edilməsinin mümkünsüz olduğunu bildirib.
Lockheed Martin (LMT.N) tərəfindən istehsal olunan 50 ədəd F-35 döyüş təyyarəsinin BƏƏ-yə satışı, Abu Dabinin Çin ilə münasibətləri, o cümlədən ölkədə "Huawei"in 5G texnologiyasından istifadə ilə bağlı narahatlıqlar fonunda ləngiyib. Yayılan iddialarda BƏƏ-nin 23 milyard dollarlıq silah alışı razılaşmasından geri çəkiləcəyi bildirilir. “Wall Street Journal” BƏƏ və ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə Vaşinqtonun F-35-lə bağlı danışıqları dayandırdığını açıqlayıb.
Con Kirbi isə ölkəsinin BƏƏ ilə münasibətlərinin silah satışı məsələsindən daha üstün olduğunu və strateji tərəfdaşlığa söykəndiyini deyib. O qeyd edib ki, ABŞ BƏƏ-nin silah alışı ilə bağlı problemlərini həll etmək üçün əməkdaşlığa hazırdır. Kirbi iki ölkənin hərbi rəsmilərinin problemli məsələlər ətrafında müzakirələr aparacağını bildirib.
Qeyd edək ki, BƏƏ-nin Çinlə yaxınlaşması fonunda ABŞ-ın bu ölkəyə hərbi təchizatın satılması məsələsində məhdudiyyətlər tətbiq olunacağı bir müddət əvvəl iddia olunmuşdu.
Xəbər lenti
0