https://sputnik.az/20211214/yuz-yuz-elli-neferlik-yas-meclislerine-icaze-verilmelidir---deputat-437236062.html
Yüz-yüz əlli nəfərlik yas məclislərinə icazə verilməlidir - Deputat
Yüz-yüz əlli nəfərlik yas məclislərinə icazə verilməlidir - Deputat
Sputnik Azərbaycan
Razi Nurullayev qeyd edib ki, məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T16:18+0400
2021-12-14T16:18+0400
2021-12-14T16:18+0400
yas
azərbaycan xəbərləri
razi nurullayev
deputat
covid-19
nazirlər kabineti yanında operativ qərargah
toy adətləri
https://cdnn1.img.sputnik.az/img/40969/09/409690947_0:0:2000:1125_1920x0_80_0_0_a69aecd6b308c220ea926c3a4fcc891f.jpg
BAKI, 14 dekabr — Sputnik. Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ Qərargah və müvafiq dövlət orqanları COVID virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən, insanlar özləri də məsuliyyətli olub və qorunur.Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.Deputat bildirib ki, müxtəlif yerlərdə onlarla vətəndaş yaxınlaşır, yasların da keçirilməsinə icazə verilməsini xahiş edirlər."Yası düşən adam həyətində başsağlığı qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin. Operativ Qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm", - deputat deyib.Onun fikrincə, hazıkı vəziyyətdə belə çıxır ki, insanlar toyda yoluxmur, amma yasda yoluxur."Onsuz da qadınlar evlərdə yığışıb yas edirlər və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilərlər. İkinci məsələ isə dini inancları olan şəxslərlə bağlıdır. Məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edirlər", - Razi Nurullayev deyib.Deputat ona müraciət edən onlarla din xadimi adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyib: "Ümid edirəm ki, bu məsələ ilə bağlı izahat və açıqlamanı da bu gün, ya sabah eşidərik. Arzum budur ki, aidiyyəti orqanlar deputatların qaldırdıqları məsələlərə mütləq münasibət bildirsinlər. Bir-birimizlə qarşılıqlı anlaşma və hörmət mühitində işləyək ki, münasibətlərimiz gərginləşməsin".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40969/09/409690947_260:0:2000:1305_1920x0_80_0_0_42d1066fcb99ed74b98d6854a673386b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yas, razi nurullayev, deputat, covid-19, nazirlər kabineti yanında operativ qərargah, toy adətləri
yas, razi nurullayev, deputat, covid-19, nazirlər kabineti yanında operativ qərargah, toy adətləri
Yüz-yüz əlli nəfərlik yas məclislərinə icazə verilməlidir - Deputat
Razi Nurullayev qeyd edib ki, məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı.
BAKI, 14 dekabr — Sputnik. Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ Qərargah və müvafiq dövlət orqanları COVID virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən, insanlar özləri də məsuliyyətli olub və qorunur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, müxtəlif yerlərdə onlarla vətəndaş yaxınlaşır, yasların da keçirilməsinə icazə verilməsini xahiş edirlər.
"Yası düşən adam həyətində başsağlığı qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin. Operativ Qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm", - deputat deyib.
Onun fikrincə, hazıkı vəziyyətdə belə çıxır ki, insanlar toyda yoluxmur, amma yasda yoluxur.
"Onsuz da qadınlar evlərdə yığışıb yas edirlər və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilərlər. İkinci məsələ isə dini inancları olan şəxslərlə bağlıdır. Məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edirlər", - Razi Nurullayev deyib.
Deputat ona müraciət edən onlarla din xadimi adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyib: "Ümid edirəm ki, bu məsələ ilə bağlı izahat və açıqlamanı da bu gün, ya sabah eşidərik. Arzum budur ki, aidiyyəti orqanlar deputatların qaldırdıqları məsələlərə mütləq münasibət bildirsinlər. Bir-birimizlə qarşılıqlı anlaşma və hörmət mühitində işləyək ki, münasibətlərimiz gərginləşməsin".