https://sputnik.az/20211214/usaq-ve-yeniyetmelere-yeni-qaydada-sexsiyyet-vesiqesi-verilecek-437235801.html
Uşaq və yeniyetmələrə yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
Uşaq və yeniyetmələrə yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
Sputnik Azərbaycan
On beş yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T14:25+0400
2021-12-14T14:25+0400
2021-12-14T14:25+0400
şəxsiyyət vəsiqəsi
azərbaycan xəbərləri
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:3073:1728_1920x0_80_0_0_dc163d5bbe2ccbc5aa971d4b696b5073.jpg
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.Qanuna dəyişiklik səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:2731:2048_1920x0_80_0_0_6c16c523db4fec6dc87ad9779ae048f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şəxsiyyət vəsiqəsi, milli məclis
şəxsiyyət vəsiqəsi, milli məclis
Uşaq və yeniyetmələrə yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
On beş yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.
Qanuna dəyişiklik səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.